
GADTB: MS NOW telekanalı Körfəz sahilində yerləşən ərəb ölkələrinin üç yüksək vəzifəli rəsmisinə istinadən xəbər verib ki, Vaşinqton regional müttəfiqlərini İrana qarşı mümkün yeni ABŞ hücumlarına hazır olmağa çağırıb. Hücumlar ABŞ-da keçiriləcək aralıq seçkilərdən bir gün sonra, 4 noyabrdan başlaya bilər.
Telekanal aparılan danışıqlardan məlumatlı rəsmilərə istinadən bildirib ki, ABŞ-ın İrana qarşı mümkün hücumlarının qısamüddətli, lakin intensiv olacağı gözlənilir.
Həmin rəsmilərin sözlərinə görə, Fars körfəzi sahilindəki ərəb ölkələri İranın mümkün cavab tədbirlərindən narahat olduqları üçün gərginliyin azaldılması məqsədilə Vaşinqtona təzyiq göstərirlər.
Rəsmilərdən biri MS NOW-a bildirib ki, Körfəz ölkələrindən bəzilərinin öz ərazilərində yerləşən ABŞ hərbi bazalarından İrana qarşı mümkün hücumlar üçün istifadə edilməsinə etiraz etməsi onu “təəccübləndirməz”.
GADTB Güney Azərbaycan Demokratik Türk Birliyi