
GADTB: İsrailin Birləşmiş Millətlər Təşkilatındakı səfiri Deni Danon cümə günü, 30 oktyabr 2026-cı ildə İran İslam Respublikası rejiminə ünvanladığı xəbərdarlıq xarakterli çıxışında bildirib ki, bu rejimin qürur və təkəbbürü onun süqutuna səbəb olacaq.
O, İran İslam Respublikasının təhdidləri qarşısında İsrailin fəaliyyətsiz qalmayacağını vurğulayaraq birbaşa İranda xalqa müraciət edib və deyib: “Sizin anınız sürətlə yaxınlaşır. Tezliklə öz gələcəyinizi müəyyən etmək imkanınız olacaq”.
Deni Danon çıxışında bildirib: “İran İslam Respublikası rejiminə deyirəm: Siz fəlakətli bir səhvə yol verirsiniz. Reallıqla üzləşməyin vaxtı çatıb. Qürur və təkəbbürünüz sizi süquta aparacaq.
Ayaqlarınızın altındakı torpaq qaynayır.
İran xalqına müraciət edirəm: Sizin anınız sürətlə yaxınlaşır. Tezliklə öz gələcəyinizi müəyyən edə biləcəksiniz.
Cənab sədr, İran İslam Respublikası rejiminin bütün regionumuza yaydığı ekstremist ideologiyadan əl çəkməsi üçün çoxsaylı imkanları olub. Lakin bu rejimin qürur və təkəbbürü onun bütün bu imkanları rədd etməsinə səbəb olub.
İran İslam Respublikasının təhdidi hələ də davam etdiyi və İranda xalqın əzab çəkdiyi halda İsrail fəaliyyətsiz qalmayacaq.
Dünyanın bütün ölkələri bu gün bu tribunadan istifadə edərək həmin rejimə qarşı mövqe bildirməlidir.
İsrail İranda xalqın yanında qətiyyətlə dayanır. Biz bu terrorçu rejimin əsarətindən azad olmaq istəyənlərin yanındayıq.
Dünya İran İslam Respublikasının fanatik rejimi qarşısında susmayacaq”.
GADTB Güney Azərbaycan Demokratik Türk Birliyi