Binabda Azad universitetin müəllim və işçi heyəti etiraz aksiyası keçirib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın Binab şəhərində Azad universitetin müəllim və işçi heyəti əmək haqlarını ala bilmədikləri üçün etiraz aksiyası keçiriblər.

Etiraz aksiyası dünən yanvar ayının 24-də universitetdə keçirilib.

Aksiyaya iştirakçıları üzərində “Həmkarlarımızın məişət vəziyyəti acınacaqlıdır” yazılmış plakatlar qaldırıblar və etiraz ediblər.

Etirazçılar universitet rektoruna da etirazlarını bildirib və üzərində “Cənab Tehrançı bizim səsimizi eşidin, iki aydır əmək haqqı ala bilməmişik” yazılmış vərəqələr nümayiş etdiriblər.

Həmçinin yoxlayın

Miyanalı taekvondoçu Radin Zeynali 21 yaşdan aşağılarda dünya çempionu oldu

GADTB: Miyanalı taekvondoçu Radin Zeynali Keniya ev sahibliyi ilə keçirilən 21 yaşadək idmançılar arasında dünya …

Azərbaycan Cənubi Qafqazda yeni reallıqlar yaradır

GADTB: Bakı və İrəvan arasında sülh sazişinin paraflanması Cənubi Qafqaz regionunda legitimliyi, qanuniliyi və beynəlxalq …