Şənbə , Aprel 18 2026
azfa

Bir gündə rus ordusunun çox sayda texnikası məhv edilərək, Slavutiç şəhəri azad edildi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Slavutiç şəhərində hazırda Ukrayna bayrağı dalğalanır. Bunu Slavutiç şəhərinin meri Yuri Fomiçev deyib.

“İşğalçılarla heç bir danışıq aparmırıq. Onlar öz işlərini gördülər, şəhəri yoxladılar və hazırda çıxıblar, şəhərdə yoxdurlar. Biz öz problemlərimizi özümüz həll edirik. Humanitar yardıma da ehtiyac yoxdur”, – mer bildirib

Ukrayna Silahlı Qüvvələrinin isə son sutkada Rusiya ordusunun 4 döyüş təyyarəsini, 1 helikopterini, 2 pilotsuz uçan aparatını, 2 qanadlı raketini məhv edib. Son sutkada Donetsk və Luqansk istiqamətindən Rusiyanın 5 hücumunun qarşısı alınıb, 2 tankı, piyadaların döyüş maşını və avtomobili məhv edilib. Bu barədə Ukrayna Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, Ukraynanın hərbi qüvvələri Krivoy Roq, Zapaoroje və Mikolayev istiqamətində müdafiə tədbirlərini gücləndirib.

“Ukrayna Silahlı Qüvvələri ölkə paytaxtı Kiyev ətrafında müdafiəni gücləndirir, qarşı tərəfin şimal-qərb və şərq istiqamətindən girməsinin qarşısını alır, onları sıxışdırır. Topolsk, Kamenka və Suxaya Kamenka yaşayış məntəqlərində döyüşlər davam edir” – məlumatda deyilir.

Həmçinin yoxlayın

İran-ABŞ danışıqları bazar ertəsi günü keçiriləcək

GADTB: CNN telekanalı İran mənbələrinə istinadən verdiyi məlumata görə, Tehran və Vaşinqton arasında danışıqların növbəti …

Molla rejimin həbs etdiyi türkmən gənc Sağər Qulami girov qarşılığında müvəqqəti azadlığa buraxılıb

GADTB: İran Məhkəmə Hakimiyyətinin Media Mərkəzi 19 yaşlı gənc türkmən xanım ötən ilin dey ayında …