Şənbə , Aprel 18 2026
azfa

Bir sıra Güney Azərbaycan şəhərlərində pensiyaçılar etiraz aksiyası keçirib-Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, Güney Azərbaycanın Təbriz, Ərdəbil və s. şəhərlərində bir qrup təqaüdçü öz hüquqlarını tələb etmək üçün əyalətlərin milli pensiya fondu qarşısında etiraz aksiyası keçirib.

Etirazçılar pensiyaçıların tələblərinin nəzərə alınmamasına, müəllimlərin reytinqi ilə bağlı qanunların yerinə yetirilməməsinə, işlə təmin olunma və tibbi sığorta problemlərinin həll edilməməsinə etiraz ediblər.

Onlar həbsdə olan müəllimlərin azadlığa buraxılmasını, əmək haqları və vəzifə dərəcələrinin bərabərləşdirilməsi ilə bağlı təsdiq edilmiş qanunların icrasını və hökumətdən ədalətin həyata keçirilməsini tələb ediblər.

Qeyd edək ki, bundan əvvəl azərbaycanlı təqaüdçülər, müəllimlər və fəhlələr cari ilin 8, 17 aprel və 31 may tarixlərində Təbriz, Urmiya, Ərdəbil, Zəncan, Həmədan və digər şəhərlərində maaşların aşağı olmasına, gəlir və maaşların xərclərlə qeyri-mütənasibliyinə etiraz ediblər. 

Həmçinin yoxlayın

İran-ABŞ danışıqları bazar ertəsi günü keçiriləcək

GADTB: CNN telekanalı İran mənbələrinə istinadən verdiyi məlumata görə, Tehran və Vaşinqton arasında danışıqların növbəti …

Molla rejimin həbs etdiyi türkmən gənc Sağər Qulami girov qarşılığında müvəqqəti azadlığa buraxılıb

GADTB: İran Məhkəmə Hakimiyyətinin Media Mərkəzi 19 yaşlı gənc türkmən xanım ötən ilin dey ayında …