Cümə axşamı , Fevral 12 2026
azfa

Birləşmiş Ərəb Əmirliyinin Türkiyəyə qarşı Haftara göndərdiyi reaktiv yanacaq ələ keçdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Liviyada Türkiyəyə qarşı səfərbərlik elan edən qiyamçı Xəlifə Haftara 11 ton reaktiv yanacaq göndərdiyi ortaya çıxıb. Bu barədə İngiltərənin “Taynənşl Tayms” qəzeti məlumat yayıb.

Bildirilir ki, Liviyada Milli Razılıq Hökuməti ötən ayın sonunda Misurata yaxınlığında əl qoyduqları Liberiya bayraqlı “Gulf Petroleum 4” neft tankerinin arxasındakı şirkətlərlə bağlı araşdırma aparıb.

Araşdırma nəticəsində BƏƏ-yə aid şirkətlərin Haftar ordusunun nəzarətindəki Benqazi şəhərinə 11 ton reaktiv yanacaq göndərdiyi məlum olub.

Məsələ ilə bağlı qəzetə açıqlama verən BMT-nin Liviya üzrə xüsusi nümayəndəsi Stefani Uilyams BMT tərəfindən reaktiv yanacağın müharibə vasitəsi kimi qəbul olunduğunu deyib:

 “Ölkənin şərqində bu istiqamətdə aparılan daşınmanın BMT-nin Liviya ilə bağlı silah embarqosu qərarının pozulması deməkdir. Bu şəkildə qeyri-qanuni idxal çox güman ki, Xəlifə Haftara bağlı hava qüvvələrinin istifadə etməsi üçün edilib”.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı və onun müttəfiqi BƏƏ, eləcə də İran molla rejimi, Suriya və Misir bir-birlərilə düşmənçilik etsələr də, Türkiyəyə qarşı da Suriya və Liviyada döyüşür və ya müzdlü döyüşçüləri təmin edirlər. Son günlər Türkiyə saytları hətta Səudiyyə Ərəbistanı və BƏƏ-də bloklanıb.

Həmçinin yoxlayın

Qəzvində 17 yaşlı şagird Sarina Rzayi və anası Zəhra Türkməni saxlanılıb

GADTB: Qəzvin şəhərində yaşayan, 11-ci sinif şagirdi olan 17 yaşlı Sarina Rzayi 1404-cü ilin dey …

Rafael Qrossi İranın 60 faiz zənginləşdirilmiş uranı ilə bağlı açıq xəbərdarlıq etdi

GADTB: Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) baş direktoru Rafael Qrossi son açıqlamalarında İran İslam Respublikasına …

Bir cavab yazın