Cümə axşamı , Avqust 18 2022
azfa

BMT Çinin Şərqi Türküstanda uyğur türklərinin kimliyi və mədəniyyətini pozmasına etiraz edir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Birləşmiş Millətlər Təşkilatının İnsan Haqları üzrə Ali Komissarlığının sözçüsü Rupert Kolville dekabrın 10-da Beynəlxalq İnsan Haqları Günündə Cenevrədə təşkil edilən mətbuat konfransında deyib ki, təmsil etdiyi təşkilatın yaxın həftələrdə “Çinin Sincan Uyğur Muxtar Bölgəsində (Şərqi Türküstan) ciddi insan haqları pozuntuları” ilə bağlı hesabat yayacaq.

O Şərqi Türküstanda (Sincanda) Çinin uyğur türklərinə qarşı insan haqlarını pozmasına toxunaraq bildirib ki, uyğur türklərinə, habelə Çində yaşayan digər müsəlman etnik xalqlara qarşı qeyri-qanuni həbslər, onlarla pis davranma və icbari işlətməklə bağlı iddialar var.

“Son illərdə uyğur türklərinin kimlik və mədəniyyətinin pozulduğu Sincan – Uyğur Muxtar Bölgəsinə çıxışımız yoxdur”, – deyə Kolville vurğulayıb.

Onun sözlərinə görə, BMT-nin İnsan Haqları üzrə Ali Komissarı Mişel Baçelet həmin bölgəyə səfəri zamanı Çin rəsmiləri ilə görüşündə heç bir irəliləyiş əldə etməyib və onlar bu vəziyyətdən olduqca təəssüflənirlər.

Həmçinin yoxlayın

Təbrizdə Urmiya gölünün qurudulmasına etiraz

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Təbrizdə azərbaycanlı milli-mədəni fəallar Urmiya gölünün qurudulmasına etiraz …

Qeyri – Alban məliyi olan Gülüstan (xvıı) haqqda

GADTB: Qarabağın tarixə adlarını “Xəmsə məlikləri” kimi yazdırmış beş alban məlikliyindən biri Gülüstan Məlikliyi olmuşdur …