Cümə , Aprel 26 2024
azfa

GADTB-nin 21 Azər- Milli Hökumətin qurulmasının ildönümü ilə bağlı bildirişi

GADTB: Azər ayının 21-də qurulan Azərbaycan Milli Hökuməti min illər boyu böyük imperatorluqlar quran Azərbaycan türkünün Güney Azərbaycanın müsair dövr dövlətçilik modelinə keçdi və Qərb imperializminin çevrilişlə fars faşizmini hakimiyyətə gətirərək itirilmiş istiqlalının bərpasının başlanğıcı idi. Bu müqəddəs yolda Milli Hökuməti quran Seyid Cəfər Pişəvəri deyirdi “Öldü var döndü yoxdur”. Azərbaycan Milli Hökumətinin hər tərəfdən şovinist və cinayətkar fars rejimi və onun himayəçilərinin təzyiqi və hücumu nəticəsində süqutundan sonra Azərbaycanın düşmənləri bu sözü lağa qoyaraq, “Öldü də var imiş döndü də” deyirdilər. Lakin başa düşmürdülər ki, Pişəvəri bu sözü təkcə bir dönəm üçün yox, bəlkə bu gün üçün də deyirmiş. Bu gün bu hərəkat davam edir və Azərbaycan Türk Milləti öz müstəqilliyini əldə etməyənədək mübarizədən əl çəkməyəcək.

Milli Hökumətin qurulmasının başlanğıcı olan 21 Azər hərəkatı sinfi mübarizə yox, milli hərəkat idi. Hərəkatın başçısı Pişəvəri dəfələrlə təkrar edirdi ki, bu hərəkat milli hərəkatdır, sinfi hərəkat deyil. Azərbaycan türkləri bir-birinə qarşı mücadilə aparmırlar. Bəlkə fars şovinizminə qarşı mübariz aparıb, Azərbaycan türkcəsində məktəb, universitet, mətbuat və radionun açılmasına çalışırlar və bunu da etmişdilər. Hərəkatın təkcə amacı Milli Hökumətin qurulması idi.

Güney Azərbaycanda Milli Hökumətin qurulması ilə Güney Azərbaycana yeni ruh, demokratiya və azadlıq gəldi. Bu da irqçi və irticaçı fars şovinizmini, eləcə də onları dəstəkləyib hakimiyyətə gətirən başda İngiltərə olmaqla dünya müstəmləkəçilərini qorxuya saldı. Belə ki, imperializm və dünya müstəmlkəçiləri Moskva konfransında Azərbaycanın müxtariyyət qazanmasına belə icazə vermədilər. Bunun ardından isə imperializmin yardımı ilə Tehran rejimi bütün anlaşmalara rəğmən Azərbaycana hücuma keçib, Azərbaycanı işğal etməklə Azərbaycan türklərinə qarşı dəhşətli soyqırım törətdi.

Əlbəttə Seyid Cəfər Pişəvəri bəhanələrin bir dəfəlik ortadan qalxması üçün demokratiya, muxtariyyət, federalizm və parlamentarizmi də yoxladı. Lakin Tehranın irticaçı-şovinist fars rejimi və onun himayədarları göstərdilər ki, bu bölgədə və qondarma İran adı altında olan ərazidə Azərbaycan Türk Millətinə heç zaman öz mədəni və insani hüquqlarına çatmağa icazə verməyəcəklər. 21 Azər hərəkatının başlanğıcı və faciəvi sonu da göstərdi ki, Azərbaycan Türk Milləti yalnız özünə güvənməlidir. Millət özünə güvənib, iradəsini sərgiləsə heç bir imperianın himayəsinə də möhtac olmaz. Biz öz millətimizə güvənirik. Bizim liderlərimiz Məhəmməd Əmin Rəsulzadə, Pişəvəri, Əbülfəz Elçibəy və Atatürk də göstərdi ki, güc türk millətindədir. Azərbaycanda da Azərbaycan Türk Milləti iradə edəndə öz məclisini, öz dövlətini və öz ordusunu yaradır. Sərhədlərinə, sınırlarına özü sahib çıxır. Bu gün 21 Azər hərəkatının ənənəsinə dayanaraq, Azərbaycanın güneyinin təkcə bir yolu qalıb. O da öz istiqlalını əldə edib və Azərbaycanın müstəqil dövlətinin yaratmaqdır. Bu hərəkatın bizə təkcə bir mesajı var. O da farsa, fars şovinizminə inanmadan yalnız öz gücünüzə dayanıb Azərbaycanı azad etmək. Bir sözlə Pişəvəri demişkən bu millətə müstəqilliyini əldə edənədək nə öldü var nə döndü.

Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) Azərbaycan Türk Millətini Güney Azərbaycanda milli dövlətçiliyi və müstəqilliyini bərpa etmək üçün millətimizi birliyə və istiqlalçı təşkilatlar ətrafında birləşərək haqlı mübarizəmizi gücləndirməyə çağırır. Kimsəyə sirr deyil ki, Güney Azərbaycanın yeganə qurtuluş yolu istiqlaldır.

Əjdər Tağızadə

Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) başqanı

Həmçinin yoxlayın

“Tərcüman” İranın Zəngəzur dəhlizindən qorxusunu işıqlandırdı

GADTB: Yenidən fəaliyyətə başlayan Krım_türklərinə məxsus “Tərcüman” televiziyası İranın Türk dünyası və Zəngəzur dəhlizindən qorxmasından …

Qumda Azərbaycana qarşı növbəti tədbir keçirildi

GADTB: Aprelin 24-də İranın Qum şəhərində bundan əvvəl Suriyada SEPAH-ın yaratdığı qanunsuz qruplaşmanın tərkibində döyüşən …