Şənbə , Oktyabr 1 2022
azfa

BMT İranı dinc etirazları zorakılıqla yatırılmasına görə pislədi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Birləşmiş Millətlər Təşkilatı İranı əhalinin dinc etiraz aksiyalarını yatırmasını pisləyib.

BMT İranın zorakı reaksiyası və etirazçıların qəddarlıqla susdurulmasını kəskin şəkildə qınayıb.

BMT-nin İnsan Haqları üzrə Ali Komisarlığı gənc qız Məhsa Əmininin İranın əxlaq polisi orqanları vasitəsilə öldürülməsi məsələsini müstəqil araşdırmağı istəyib.

BMT İnsan Haqları üzrə ali komisarı Nedi Əl-Naşif bununla bağlı dyib: “Məhsa Əmininin acınacaqlı ölümü, işgəncə və qəddar davranışa məruz qalması barədə iddialar səlahiyyətli və müstəqil bir orqan tərəfindən tez, qərəzsiz və effektiv şəkildə araşdırılmalı, xüsusən də Əmini ailəsinin ədaləti və övladlarının ölümü ilə bağlı həqiqəti əldə etmələri təmin etməlidir”.

Həmçinin BMT-nin İnsan Haqları üzrə Ali Komissarlığının ofisi son aylarda İranda Əxlaq polisinin fəaliyyəti və onların hicab qaydalarına əməl etməyən qadınlara qarşı qəddar davranışlarının artdığını vurğulayaraq onların bu hərəkətini pisləyib.

Həmçinin yoxlayın

Sayın Mikayıl bəy Oyta dövlət rəsmilərilə birgə Avstraliya İslam Birliyi Federasiyasının tədbirinə qatıldı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Avstraliya-Azərbaycan Assosiasiyası prezidenti və Güney Azərbaycan Demokratik Türk …

Təbriz etirazçılar milli şüarlar səsləndirdi-Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, bu gün səhər tezdən Güney Azərbaycanın Təbriz, Zəncan, …