Çərşənbə , Noyabr 29 2023
azfa

BMT irqçi fars rejimin Güney Azərbaycanda türklərə təzyiqləri barədə hesabat yaydı

GADTB-nin Mətbuat Mərkəzinin əldə etdiyi məlumata görə, BMT irqçi fars rejimin Güney Azərbaycanda türklərə təzyiqləri barədə hesabat yaydı.

BMT-nin 73-cü rəsmi iclasında “İranda insan haqlarının durumu” adlı 77 bəndlik hesabatın 57-ci bəndində Güney Azərbaycan problemlərinə toxunulub.

Hesabatda İran adlanan ölkədə insan hüquqları pozuntuları, ana dilində təhsilə qoyulan qadağa və azərbaycanlı fəallara qarşı təzyiqlərə işarə edilib:

57-ci bənddə yazılıb: “İran dövlətinin açıqlamasına görə, ölkə Konstitusiyasının 13, 19 və 20-ci maddələrinə uyğun olaraq İran vətəndaşlarının hüququ məzhəb və milli kimliyindən asılı olmayaraq təmin olunur. Lakin 2018-ci ilin başlanğıcından BMT-yə ayrı-seçkiliyə aid çoxsaylı raportlar daxil olub. Raportlar əsasən milli və məzhəbi ayrı-seçkiliyi əks etdirir. Ayrı-seçkilik halları universitet və iş imkanlarından məhrum olmaq, əsas xidmətlər, o cümlədən səhiyyə sahəsində tətbiq edilən ayrı-seçkilik, hökumət işlərinə götürməmək, orta məktəbdə ana dili qadağaları, öz mədəniyyətlərindən uzaq tutulmaq və s. əhatə edir. İran İslam Cümhuriyyəti həmçinin ölkə Konstitusiyasının 15-ci maddəsi və Mülki və Siyasi Hüquqlar Haqqında Beynəlxalq Paktın 27-ci maddəsini icra etməkdən imtina edir. BMT-nin Ali Komissarlığına bəhai və Azərbaycan türklərinə qarşı ayrı-seçkiliklərə dair əlavə raportlar da daxil olub. Müşahidələr göstərir ki, İranda siyasi məhbusların əksəriyyəti, həmçinin təhlükəsizlik və siyasi ittihamlarla edam olunanların bir çoxu milli azlıqların nümayəndəsidir”.

 

Həmçinin yoxlayın

Azərbaycanlı fəallar vəsiqə qarşılığında zaminə buraxıldı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycan Milli Hərəkatının fəalları Murtuza Nurməhəmmədi Nadarlı, …

Türkiyənin Təhlükəsizlik Şurasında Zəngəzur dəhlizi müzakirə olunancaq

Türkiyə Milli Təhlükəsizlik Şurasının ilin sonuncu toplantısında Cənubi Qafqaz və Zəngəzur dəhlizi ilə bağlı son …

Bir cavab yazın