Bazar , Oktyabr 25 2026
azfa

Qaşqay türkləri türk dilində təhsil tələb etdilər-Şəkil

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin müstəmləkə siyasəti altında dilləri qadağan edilən qaşqay türkləri dünən yeni dərs ili və mənəvi soyqırımın başlaması günü münasibətilə müxtəlif tədbirlər keçirməklə rejimdən türk dilində təhsil almalarını istədilər.

Qaşqay türklərinin məktəbliləri, üzərində “Ana dilində təsil” şüarı yazılmış plakardlarla siniflərə yollandılar. Güney Azərbaycanda müxtəlif şəhərlərlə yanaşı Qaşqay şəhərləri də beləliklə irqçi fars rejimin assimilyasiya və mənəvi soyqırım siyasətinə etiraz etdilər.

Qaşqayların yaşadığı keçmiş Qaşqay vilayətinin müxtəlif şəhərlərində, o cümlədən Şiraz, Semirom, Şəhrza, Brucen, Firuzabad və s. şəhərlərdə etiraz əhval-ruhiyyəsi hakim olub.

Qaşqay türkləri “Türk dilində təhsil” və “türk dilinin rəsmi dövlət dili olması” tələbi ilə çox sayda vərəqələr və posterlər hazırlayaraq müxtəlif şəhərlərdə yayıblar.

Həmçinin yoxlayın

İran-ABŞ arasında vasitəçilik üçün Qətər nümayəndə heyəti Tehrana gedib

GADTB: “Al Araby Al Jadeed” nəşri xəbər verib ki, İran və ABŞ arasında vasitəçilik səyləri …

Mossadın keçmiş rəhbəri: Müharibədən həftələr əvvəl İranın içərisində onlarla agentimiz vardı və heç biri həbs olunmadı

GADTB: Mossadın keçmiş rəhbəri David Barnea bildirib ki, bu təşkilat 1404-cü ilin xordad ayında başlanan …

Bir cavab yazın