BMT irqçi fars rejimin Güney Azərbaycanda türklərə təzyiqləri barədə hesabat yaydı

GADTB-nin Mətbuat Mərkəzinin əldə etdiyi məlumata görə, BMT irqçi fars rejimin Güney Azərbaycanda türklərə təzyiqləri barədə hesabat yaydı.

BMT-nin 73-cü rəsmi iclasında “İranda insan haqlarının durumu” adlı 77 bəndlik hesabatın 57-ci bəndində Güney Azərbaycan problemlərinə toxunulub.

Hesabatda İran adlanan ölkədə insan hüquqları pozuntuları, ana dilində təhsilə qoyulan qadağa və azərbaycanlı fəallara qarşı təzyiqlərə işarə edilib:

57-ci bənddə yazılıb: “İran dövlətinin açıqlamasına görə, ölkə Konstitusiyasının 13, 19 və 20-ci maddələrinə uyğun olaraq İran vətəndaşlarının hüququ məzhəb və milli kimliyindən asılı olmayaraq təmin olunur. Lakin 2018-ci ilin başlanğıcından BMT-yə ayrı-seçkiliyə aid çoxsaylı raportlar daxil olub. Raportlar əsasən milli və məzhəbi ayrı-seçkiliyi əks etdirir. Ayrı-seçkilik halları universitet və iş imkanlarından məhrum olmaq, əsas xidmətlər, o cümlədən səhiyyə sahəsində tətbiq edilən ayrı-seçkilik, hökumət işlərinə götürməmək, orta məktəbdə ana dili qadağaları, öz mədəniyyətlərindən uzaq tutulmaq və s. əhatə edir. İran İslam Cümhuriyyəti həmçinin ölkə Konstitusiyasının 15-ci maddəsi və Mülki və Siyasi Hüquqlar Haqqında Beynəlxalq Paktın 27-ci maddəsini icra etməkdən imtina edir. BMT-nin Ali Komissarlığına bəhai və Azərbaycan türklərinə qarşı ayrı-seçkiliklərə dair əlavə raportlar da daxil olub. Müşahidələr göstərir ki, İranda siyasi məhbusların əksəriyyəti, həmçinin təhlükəsizlik və siyasi ittihamlarla edam olunanların bir çoxu milli azlıqların nümayəndəsidir”.

 

Həmçinin yoxlayın

Tramp: İran danışmaq istəsə, sadəcə zəng etməlidir

GADTB: Onların rəhbərliyi daxilində böyük daxili çəkişmələr və qarışıqlıq var. Onlar da daxil olmaqla, heç …

Molla rejimi Güney Azərbaycanın Həmədan bölgəsində 41 nəfərə ağır cəza verir

GADTB: İrqçi fars-molla rejimi Güney Azərbaycanın Həmədan bölgəsində müharibə ilə əlaqədar həbs edilən 41 nəfər …

Bir cavab yazın