Cümə axşamı , Fevral 12 2026
azfa

BMT irqçi fars rejimin qeyri-fars millətlərin və qadınların hüquqlarını pozduğunu bildirib

GADTB-nin Mətbuat Mərkəzinin əldə etdiyi məlumata görə, BMT irqçi fars rejimlə bağlı hesabatında qeyri-fars millətlərin və qadınların hüquqlarının pozulduğu qeyd edilib. Lakin rejimin nümayəndəsi həyasızcasına BMT-ni rejimi ifşa etdiyi üçün borclu çıxarmağa çalışıb.

Məlumata görə, BMT-nin Baş Assambleyasında İrandakı insan hüquqları ilə bağlı hesabat dinlənilib və müzakirə edilib. İranın BMT yanındakı nümayəndəsi Məhəmməd Hüseyninejad Assambleyada çıxış edərək həyasızcasına iddia edib ki, İranda insan hüquqlarının vəziyyəti haqqında bir ildə 4 hesabatın hazırlanması və müzakirəyə çıxarılması faktının özü qərəzli və ikili standartlar siyasətindən xəbər verir. Onun yalan iddiasına görə, İranda il ərzində hazırlanan hesabatlar bir-birini təkrarlayır. Bir sıra qanunların dəyişdirilməsi və insan hüquqlarının daha da mükəmməl şəkildə qorunması üçün İran tərəfindən həyata keçirilən tədbirlərin heç biri bu hesabatlarda əks olunmayıb.

M.Hüseyninejat idda edib ki, BMT-nin Baş Assambleyası bir sira dövlətlərdə insanların qətlə yetirilməsi, mətbuat nümayəndələrinin öldürülməsi məsələləri nəinki müzakirəyə çıxarılmır bu məsələlərə dair heç bəyanat da verilmir.

Xatırladaq ki, BMT-nin hazırladığı hesabatda irqçi fars rejim tərəfindən qeyri-fars millətlərin və qadınların hüquqlarının pozulması göstərilib.

Həmçinin yoxlayın

Molla rejimi ərdəbilli idmançı və fəal Mehdi Mehdizadəni həbs edib

Gadtb: Ərdəbildən olan azərbaycanlı idmançı və fəal Mehdi Mehdizadə yanvar etirazları zamanı həbs edilib. Mehdi …

Tarumda bir qrup azərbaycanlı şəxslər saxlanılıb

GADTB: Zəncan vilayətinin Tarum rayonundan olan təqaüddəki müəllimlər Cavad Səfəri və Fatimə Səfəri 4 bəhmən …

Bir cavab yazın