Cümə axşamı , Aprel 18 2024
azfa

BMT-nin rəhbərliyindəki Qıbrıs konfransı keçirilir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Birləşmiş Millətlər Təşkilatının (BMT) rəhbərliyi altında Kiprli tərəflər ilə zamin ölkələr Türkiyə, Yunanıstan və İngiltərənin iştirakı ilə  İsveçrənin Cenevrə şəhərində 5 + 1 formatlı keçirilən  qeyri-rəsmi Qıbrıs mövzulu konfrans davam edir.

BMT Baş Katibi Antonio Quterresin rəhbərlik etdiyi konfransa bu gün bir iclas ilə yekun vurulması gözlənilir.

Konfransa heyət rəhbərləri olaraq Kipr Rum icmasının lideri Nikos Anastasiadis, Şimali Kipr Türk Respublikasının (ŞKTR) prezidenti Ərsin Tatar, Türkiyənin Xarici işlər naziri Mövlud Çavuşoğlu, Yunanistan Xarici işlər naziri Nikos Dendias və İngiltərə xarici işlər naziri Dominic Raab iştirak edir.

BMT-nin Cenevrə Ofisindən yayılan açıqlamada, konfrans bitdikdən sonra mətbuat konfransı təşkil ediləcəyi bildirilib.

Xatırladaq ki, 5+1 formatlı Kipr temalı qeyri-rəsmi konfrans 27 apreldə start götürüb.

Həmçinin yoxlayın

Türkiyə-Rusiya Birgə Mərkəzin fəaliyyəti dayandırılır

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, Ağdamda Türkiyə-Rusiya Birgə Mərkəzin fəaliyyəti dayandırılır Bu barədə …

Molla rejimi daha iki azərbaycanlı fəalı prokurorluğa çağırıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, irqçi fars-molla rejimi Güney Azərbaycan Milli Hərəkatının fəallarından …