GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, BMT Baş Assambleyası qədim türk yurdu olan Ukraynanın Krım ərazisində insan haqlarının pozulması ilə bağlı qətnaməsini qəbul edib.
Səsvermə zamanı 65 ölkə sənədin lehinə, 27-si isə əleyhinə səs verib, 70 ölkə bitərəf qalıb.
Baş Assambleyanın iclasında çıxış edən Rusiya daimi nümayəndəliyinin təmsilçisi yalan iddia ilə etiraz edərək, qətnamənin son dərəcə siyasiləşdirildiyini, etibarsız və saxtalaşdırılmış məlumatlara əsaslandığını bildirib.
Daha əvvəl BMT Baş Assambleyası “Ukraynanın Krım Muxtar Respublikası və Sevastopol şəhərinin, Qara və Azov dənizlərinin bölgələrinin hərbiləşdirilməsi problemi” barədə qətnamə qəbul edib.