Çərşənbə , May 14 2025
azfa

Boltonun Türkiyəyə mühüm səfəri

GADTB-nin Mətbuat Mərkəzinin əldə etdiyi məlumata görə, ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Bolton mühüm məsələlərlə bağlı Türkiyəyə səfər edib.

Boltonu həmin səfərdə ABŞ-ın bir neçə yüksək vəzifəli şəxsləri müşayiət edib.

Boltonun nümayəndə heyətində ABŞ Baş Qərargah rəisi Cozef Danford və ABŞ-ın Suriya üzrə təmsilçisi Ceyms Cefri də yer alıb. Boltonun türk rəsmiləriylə görüşlərində Suriya, FETÖ, PKK, “Patriot” sistemləri və iqtisadi əlaqələr məsələlərinin müzakirə ediləcəyi vurğulanıb. ABŞ nümayəndə heyətinin sabah Türkiyəni tərk edəcəyi bildirilib.

Həmçinin yoxlayın

Evin zindanın qarşısında etiraz aksiyası keçirilib

GADTB: Mayın 13-də Tehranın Evin zindanında həbsdə saxlanılan siyasi məhbusların ailə üzvləri həbsxana qarşısına toplaşaraq …

Təbrizdə tarixi ev dağıdılıb

GADTB: Güney Azərbaycanda tarixi abidələrdən Təbrizdə qədim tarixə malik olan ev ekskavatorla sökülüb. Məlumata görə, …

Bir cavab yazın