GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu “Bosniya qəssabı”na ömürlük həbs barədə deyib ki, Bosniyalı qardaşlarımızın ağrısını sakitləşdirməsə də, Karaciçlə bağlı verilmiş qərarın ədalətli olduğunu bildiririk.
Nazir bildirib ki, bu qərar ədalətin bərpası baxımdan çox önəmlidir.
Qeyd edək ki, Beynəlxalq Cəza Məhkəməsinin Apellyasiya Şurası “Bosniya qəssabı” kimi tanınan Serbiyanın sabiq prezidenti Radovan Karaciçə Srebrenitsa qətliamının səbəbkarı kimi ömürlük həbs cəzası verib.