Şənbə , Aprel 20 2024
azfa

Bu gün 8 Mart – Beynəlxalq Qadınlar Günüdür

GADTB: Bu gün 8 Mart – Beynəlxalq Qadınlar Günüdür. Bütün xanımları həmin gün münasibətilə təbrik edirik. Qadın hərəkatının tarixi 1857-ci ildə nyu-yorklu qadınların 12 saatlıq iş gününə etirazı ilə başlayıb. 1910-cu ildə alman sosialist qadın Klara Setkin 8 martın dünya qadınlar günü kimi qeyd edilməsinə nail olub. 1977-ci ildə BMT bu günü qadın günü kimi rəsmiləşdirib. 8 martın tarixçəsi barədə qısa məlumatı təqdim edirik:

8 Mart 1857-ci il tarixində ABŞ-ın Nyu-York şəhərində 40.000 toxuma işçisi daha yaxşı iş şərtləri istəyiylə bir tekstil fabrikində tətilə başladı.O zaman qadınlar gündə 16 saat işləyirdilər, çünki onların əməyi daha az ixtisaslaşdırılmış hesab edilirdi. Nyu-Yorkun toxucuları aşağı qazanclara və əməyin pis şəraitinə qarşı etiraz edərək şəhərin küçələri ilə marşla keçdilər. Ancaq polisin işçilərə hücum etməsi və işçilərin fabrikə qıfıllanması, arxasından da çıxan yanğında işçilərin fabrik qarşısında qurulan barrikadalardan qaça bilməməsi nəticəsində çoxu qadın olmaqla 129 işçi can verdi. İşçilərin cənazə mərasiminə 100 mindən çox adam qatıldı.

26-27 Avqust 1910-cu  il tarixində Danimarkanın Kopenhagen şəhərində İlk Beynəlxalq Qadınlar Yığıncağında (Beynəlxalq Sosialist Qadınlar Konfransı) Almaniya İctimai Demokrat Partiyası liderlərindən Klara Setkin, 8 Mart 1857-ci il tarixindəki tekstil fabriki yanğınında ölən qadın işçilərin xatirəsinə 8 Mart “Dünya Qadınlar Günü” olaraq qeyd olunması təklifini verdi və təklif qəbul edildi. Alman inqilabçısı Klara Setkin Beynəlxalq qadınlar günü ideyasının müəllifidir. Klara ənənəvi alman ailəsində böyümüşdü. Soyad, hansıyla ki, Klara tarixə girdi, o soyad həyat yoldaşı Osip Setkinə aid idi. 1882-ci ildə evlənən cütlüklər 1889-cu ildə böyük acı yaşadı. Klaranın sevimli yoldaşı vərəmdən vəfat etdi. Hadisədən 20 il keçdi. Klara Setkin bu vaxtlarda alman fəhlə hərəkatında gözə çarpan fiqur oldu. 1910-cu ildə onu 2-ci beynəlxalq sosializm konfransına nümayəndə seçdilər.

Bəzi ölkələrdə bayram başqa cür adlanır. Məsələn, Özbəkistanda o “Analar Günü” adını daşıyır. Bu gündə Anqola, Burkina- Faso, Konqo, Uqanda, Nepal, Monqolustan, Şimali Koreya və bəzi başqa ölkə sakinləri işləmirlər. Çində bayram öz xüsusiyyətlərinə malikdir: qadınlar orada dincəlirlər, kişilərə isə adi iş günüdür. Bundan başqa, çinlilərdə kəsilmiş gülləri hədiyyə etmək qəbul edilmir və ən yaxşı hədiyyə kişilərin öz qadınlarına  “Səadət Balqabağı”  adlı yeməyi hazırlamalarıdır. Qonşu Vyetnam bu gündə qadınlara olduqca hörmət edir, amma onlarda bayram bacılara həsr olunub.

Elə bir ölkə yoxdur ki, orada qadınlara həsr olunmuş bayram olmasın. Qadınlar Bayramının əvvəlki adı  “Qadın haqqları günü” idi. Avropada bu bayram ilk dəfə Danimarka, Almaniya, İsveçrə, Avstriyada 1911-ci il 19 martda qeyd olunmağa başladı. Yalnız BMT-nin verdiyi qərar nəticəsində bu bayram 8 mart tarixində tarixə düşdü. Azərbaycanda isə ilk dəfə 1917-ci ildə qeyd  edilib. 1965-ci ildən keçmiş SSRİ-də 8 Mart Beynəlxalq Qadınlar Günü istirahət günü elan olunub.

Fürsətdən istifadə edib bütün qadınlarımızı, dünya azərbaycanlılarını və türk dünyasının xanımlarını 8 mart  “Beynəlxalq Qadınlar Günü”  münasibətilə təbrik edirik. Bütün zərif cinsin nümayəndələrinə ailə səadəti, gözəl gələcəkli övladlar və xəyallarda yaşayan ölməz məhəbbət arzulayırıq. Bayramınız mübarək!

Həmçinin yoxlayın

Terrorçu kürdlərin Sulduzda soyqırım törətmələrinin ildönümü ilə bağlı aksiya

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, aprelin 20-də Urmiyada Sulduzda terrorçu kürdlərin törətdiyi soyqırımla …

Cenevrədə ilk “Türk Həftəsi” keçiriləcək

İsveçrənin Cenevrə şəhərində 22-25 aprel tarixlərində ilk “Türk Həftəsi” keçiriləcək. Türk Dövlətləri Təşkilatı (TDT) tərəfindən …

Bir cavab yazın