Şənbə , Yanvar 28 2023
azfa

Bu gün Qarabağda açılan Birgə Monitorinq Mərkəzinin mühafizəsi Azərbaycan ordusuna tapşırıldı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin mühafizəsi Azərbaycan ordusu tərəfindən həyata keçirilir.

Qeyd edək ki, bu gündən etibarən Ağdamda birgə monitorinq mərkəzinin bu gün açılış mərasimi keçirilib.

Açılış mərasimində Azərbaycanın müdafiə naziri Zakir Həsənov, Türkiyənin milli müdafiə nazirinin müavini Yunus Əmrə Qaraosmanoğlu və Rusiya müdafiə nazirinin müavini Aleksandr Fomin iştirak ediblər.

Mərkəzin ümumi sahəsi 4 hektara yaxındır. Ərazidə 65 ədəd modul tipli xidməti və yaşayış otaqları var. Bütün otaqlar zəruri avandanlıqlarla təmin olunub.

Həmçinin mərkəzdə brifinq zalı, 100 nəfərlik yeməkxana, tibb məntəqəsi, dərzi və mağaza da var. Ərazidə generator, avtomobil dayanacağı, iki ədəd idman şəhərciyi, ərzaq və soyuducu anbarlar yerləşir.

Bütün əraziyə perimetr boyu hasar çəkilib, 4 ədəd müşahidə nəzarət qülləsi quraşdırılıb, sutkalıq mühafizə təşkil olunub.

Həmçinin yoxlayın

Bayraqdar: Bu PUA-larımız inqilab edəcək

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyənin “Baykar” şirkətinin texniki direktoru Səlcuq Bayraqdar deyib …

Güney Azərbaycandan Azərbaycanla həmrəyliyə çağırış

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycandan olan azərbaycanlı milli-mədəni fəallar Azərbaycan Respublikasının …