“Bursa-2022” türk dünyasının mədəniyyət paytaxtı açılış mərasimi keçirilib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, martın 31-də Türkiyənin Bursa şəhərində Beynəlxalq Türk Mədəniyyəti Təşkilatına (TÜRKSOY) üzv ölkələrin Mədəniyyət nazirlərinin Daimi Şurasının fövqəladə iclası keçiriləcək.

Martın 30-da “Bursa-2022” türk dünyasının mədəniyyət paytaxtı açılış mərasimi keçirildi. Beynəlxalq Türk Mədəniyyəti Təşkilatına üzv ölkələrin Mədəniyyət nazirlərinin Daimi Şurasının iclasında ölkələri təmsil edən rəsmi heyətlər, türk dünyasından, eləcə də beynəlxalq təşkilatlardan çox sayda qonağın iştirakı ilə keçirilən açılış mərasimi rəsmi hissə və zəngin bədii proqramdan ibarətdir.

Bu arada, martın 31-də Türkiyenin Bursa şəhərində Beynəlxalq Türk Mədəniyyəti Təşkilatına (TÜRKSOY) üzv ölkələrin Mədəniyyət nazirlərinin Daimi Şurasının fövqəladə iclası keçiriləcək.

İclasın qərar və qətnamələri imzalanandan sonra nəticələrlə bağlı mətbuat konfransı olacaq.

Bursa türk dünyası mədəniyyət paytaxtı estafetini Özbəkistanın Xivə şəhərindən qəbul edib.

Həmçinin yoxlayın

Aərbaycanın azad edilmiş ərazilərində indiyədək 32 kütləvi məzarlıq aşkar edilib

GADTB: Birinci Qarabağ müharibəsi zamanı 3999 nəfər itkin düşmüş şəxs kimi qeydiyyata alınıb, 6 nəfər …

Atəşkəsdən sonra İranda anti-Azərbaycan təbliğatı yenidən alovlanır

GADTB: İranla ABŞ-İsrail koalisiyası arasında 40 gün davam edən müharibədən sonra atəşkəsə dair razılaşmanın əldə …