Çərşənbə axşamı , Oktyabr 8 2024
azfa

Bütöv Azərbaycan sevdalısı dr.Səftər Rəhimlinin “İnsan hüquqları komitəsi: nəzəri və praktiki problemlər” adlı dərs vəsaiti nəşr olundu

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Bütöv Azərbaycan sevdalısı dr.Səftər Rəhimlinin “İnsan hüquqları komitəsi: nəzəri və praktiki problemlər” adlı dərs vəsaiti nəşr olunub.

Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) dəyərli alim və ziyalı, Bütöv Azərbaycan sevdalısı dr.Səftər Rəhimlini çox qiymətli əsərinin nəşr olunması münasibəti ilə səmimi-qəlbdən təbrik edir və dəyərli alim və ziyalıya yeni-yeni elmi-yaradıcılıq uğurları arzulayır.

Qeyd edək ki, Bakı Dövlət Universitetinin hüquq fakültəsinin müəllimi, hüquq elmləri üzrə fəlsəfə doktoru Səftər Rəhimlinin müəllifi olduğu “İnsan hüquqları komitəsi: nəzəri və praktiki problemlər” adlı dərs vəsaiti “Bakı Universiteti Nəşriyyatı” tərəfindən nəşr olunub.

Musavat.com-un verdiyi məlumata görə, dərs vəsaitində Birləşmiş Millətlər Təşkilatının sisteminə aid qurumlardan olan İnsan Hüquqları Komitəsinin fəaliyyəti tədqiq edilir. Azərbaycan Respublikası ilə Komitə arasında konstruktiv əməkdaşlığın istiqamətləri göstərilir.

Dərslikdə mülki və siyasi hüquqlar üzrə beynəlxalq Pakt, onun fakültativ protokolları və müvafiq prosedur qaydalar sistemli formada təhlil edilir. Beynəlxalq müqavilə mexanizmi kimi Komitənin fəaliyyətinin səmərəliliyini təmin edəcək beynəlxalq hüquqi vasitələr araşdırılır, insan hüquqlarının beynəlxalq müdafiəsi sistemində onun hüquqi təbiəti, mülki (şəxsi) və siyasi hüquqlar üzrə dövlətlərin beynəlxalq hüquqi öhdəliklərinin xarakteri, şəxsi və siyasi hüquqlar sferasında, beynəlxalq hüquq normalarının dövlətdaxili hüquqi implementasiyasında Komitənin rolu tədqiq olunur.

Onun şərhlərinin daxili qanunvericilik üçün, insan hüquqları üzrə norma yaradıcılığında, təfsir və hüquq tətbiqetmədəki əhəmiyyəti təhlil edilir. Azərbaycan Respublikasının dövri hesabatlarının Komitə tərəfindən qiymətləndirilməsi, mövcud problemlər və onların həlli üçün verilən tövsiyələr şərh olunur. Xüsusi olaraq Komitənin fərdi şikayət proseduru geniş formada araşdırılır və Azərbaycan Respublikası qanunvericiliyində ayrı-ayrı şəxslərin İnsan Hüquqları Komitəsinə müraciət qaydasının təkmilləşdirilməsi üzrə təkliflər verilir.

Həmçinin yoxlayın

“TEKNOFEST” sərgisi gələn il Şimali Kiprdə keçiriləcək

GADTB: Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti (ŞKTC) Ersin Tatar təşkilatçıların 2025-ci ildə Aviasiya, Kosmonavtika və …

Şuşada “Türktransplant” sistemi yaradılır

GADTB: Şuşa şəhərində keçirilən Türk Dövlətləri Təşkilatına (TDT) üzv və müşahidəçi ölkələrin səhiyyə nazirlərinin IV …

Bir cavab yazın