Cənubi Azərbaycanda yerləşən Astara dəmir yolu yük stansiyası 15 illik Azərbaycan Respublikasının istifadəsinə verilib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Azərbaycan Respublikası Cənubi Azərbaycanın Astara şəhərində yerləşən dəmir yolu yük stansiyasının yenidən qurulmasına 60 milyon dollar investisiya qoyur. Bu barədə “İran adlanan ölkənin Dəmir Yolları”nın İstismar və beynəlxalq yük daşımaları üzrə vitse-prezidenti Hosseyn Aşuri açıqlama verib.

Aşuri deyib ki, Astara dəmir yolu yük stansiyası 15 illik Azərbaycanın istismarına verilib. Astara (Azərbaycan Respublikası) – Astara (Cənubi Azərbaycan) dəmir yoluna baxış keçirən H. Aşuri dəmir yolunun bu hissəsinin cümə axşamı İran adlanan ölkənin prezidenti Həsən Ruhaninin Azərbaycana səfəri zamanı açılacağını qeyd edib. Bundan əlavə, səfər zamanı Azərbaycan və İran adlanan ölkə arasında Rəşt-Astara dəmir yolunun tikintisi ilə bağlı saziş imzalanacaq. Azərbaycan Rəşt-Astara dəmir yolunun tikintisinə 500 milyon dollar ayıracaq.

Həmçinin yoxlayın

Sayın Mikayıl bəy Oyta rəsmi dəvətlə 11-ci ICMG Qonşuluq İftarında iştirak edib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Avstraliya-Azərbaycan Assosiasiyasının prezidenti, Güney Azərbaycan Demokratik Türk Birliyi …

ABŞ molla rejimin himayə etdiyi Yəmən husilərini bombalayıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, ABŞ Prezidenti Donald Tramp orduya Yəməndə husilərə qarşı …

Bir cavab yazın