Çərşənbə axşamı , Noyabr 10 2026
azfa

Cənubi Azərbaycan və Qaşqay türklərinin sənətçiləri Şimali Azərbaycanda keçirilən V Milli Yaylaq Festivalında iştirak edirlər- Video

GADTB: Şimali Azərbaycanın Göygöl rayonunun Yeni Zod kəndində yerləşən “Xan Yurdu” etno-qəsəbəsində V Milli Yaylaq Festivalı start götürüb. Festival türk dünyasının ortaq mədəni irsini yaşatmaq və tanıtmaq məqsədi daşıyır.

Artıq beşinci dəfə keçirilən festival iyulun 24–26-da təşkil olunur və üç gün ərzində minlərlə ziyarətçini qəbul edir.

Tədbir çərçivəsində müxtəlif türk xalqlarının etno-mədəni proqramları, milli oyunlar, ənənəvi rəqs nümayişləri və idman yarışları keçirilir. Festivalın əsas məqsədi qədim köçəri həyat tərzini, elat mədəniyyətini və türk dünyasının minilliklərə söykənən ortaq mədəni irsini yaşatmaq və gələcək nəsillərə çatdırmaqdır.

Qaşqay yurdunun mərkəzi olan Şirazdan gələn Qaşqay türkləri və Cənubi Azərbaycanın mərkəzi Təbrizdən gələn azərbaycanlı türklər festival çərçivəsində bir araya gəliblər. Mədəni tədbirdə iştirak edən sənətçilər və qonaqlar izləyicilərə həmrəylik salamı göndərərək türk dünyasını birləşdirən ortaq mədəni bağların əhəmiyyətini vurğulayıblar.

Ötən il keçirilən festivalda müxtəlif ölkələrdən gələn qonaqlar da daxil olmaqla 200 minə yaxın ziyarətçi iştirak etmişdi. Bu göstərici tədbirin regionun ən böyük türk mədəniyyəti festivallarından birinə çevrildiyini nümayiş etdirir.

https://t.me/GADTB1/56616

Həmçinin yoxlayın

İran İslam Respublikası rejimi ABŞ-ın təhdidlərini bəhanə gətirərək MAQATE-nin tam nüvə nəzarətini rədd etdi

GADTB: “Bloomberg” agentliyinin məlumatına görə, İran İslam Respublikası Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) tam nəzarətini …

Molla rejimi sanksiyalardan yayınmaq üçün Çində gizli neft infrastrukturu qurub

GADTB: Molla rejimi ABŞ-nin neft sanksiyalarından yayınaraq ixracı davam etdirmək məqsədilə Çində gizli neft infrastrukturu …