Çərşənbə axşamı , Noyabr 10 2026
azfa

Molla rejimi nüvə proqramını danışıqlarda sonuncu prioritet kimi təqdim edir

GADTB: Əl-ərəbiyyə telekanalının bir mənbəyə istinadən verdiyi məlumata görə, İran Pakistan rəsmilərinə danışıqları tərk etmədiyini, sadece onları təxirə saldığını bildirib.

Həmin mənbənin sözlərinə görə, Tehran danışıqların dayandırıldığı mərhələdən bərpa edilməli olduğunu və qarşılıqlı Anlaşma Memorandumu əsasında davam etdirilməsinin vacibliyini vurğulayıb.

Eləcə də İran danışıqları Cenevrə, Doha və ya İslamabadda davam etdirməyə hazır olduğunu bəyan edib.

Mənbə əlavə edib ki, İslam Respublikası Hörmüz boğazında yeni keçidin yaradılmasına qarşı olduğunu bildirib və danışıqların birinci növbədə Hörmüz boğazı məsələsi, daha sonra dondurulmuş aktivlər və son olaraq nüvə proqramı prioritetliyi ilə bərpa olunmasını tələb edib.

Həmçinin yoxlayın

İran İslam Respublikası rejimi ABŞ-ın təhdidlərini bəhanə gətirərək MAQATE-nin tam nüvə nəzarətini rədd etdi

GADTB: “Bloomberg” agentliyinin məlumatına görə, İran İslam Respublikası Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) tam nəzarətini …

Molla rejimi sanksiyalardan yayınmaq üçün Çində gizli neft infrastrukturu qurub

GADTB: Molla rejimi ABŞ-nin neft sanksiyalarından yayınaraq ixracı davam etdirmək məqsədilə Çində gizli neft infrastrukturu …