Çərşənbə axşamı , Noyabr 10 2026
azfa

Molla rejimi Ukrayna diplomatını İran Xarici İşlər Nazirliyinə çağırdı

GADTB: İran Xarici İşlər Nazirliyi Ukraynanın Tehrandakı müvəqqəti işlər vəkilini nazirliyə çağırıb.

Görüş Ukrayna ordusunun Xəzər dənizində İranın ticarət gəmisinə hücum etməsindən sonra baş tutub. Ukraynalı diplomat İran xarici işlər nazirinin köməkçisi və Avrasiya Departamentinin baş direktoru Mənuçehr Muradi tərəfindən qəbul edilib.

Molla rejimi hadisə ilə bağlı sərt etirazını bildirərək, hücumu “düşmən və cinayətkar əməl” kimi dəyərləndirib.

Qeyd olunub ki, İran öz təhlükəsizliyini və milli maraqlarını qətiyyətlə müdafiə edəcək və vətəndaşlarının həyatına, eləcə də əmlakına qarşı hücumların cavabsız qalmasına imkan verməyəcək.

Həmçinin yoxlayın

İran İslam Respublikası rejimi ABŞ-ın təhdidlərini bəhanə gətirərək MAQATE-nin tam nüvə nəzarətini rədd etdi

GADTB: “Bloomberg” agentliyinin məlumatına görə, İran İslam Respublikası Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) tam nəzarətini …

Molla rejimi sanksiyalardan yayınmaq üçün Çində gizli neft infrastrukturu qurub

GADTB: Molla rejimi ABŞ-nin neft sanksiyalarından yayınaraq ixracı davam etdirmək məqsədilə Çində gizli neft infrastrukturu …