Cümə axşamı , Sentyabr 17 2026
azfa

Cənubi Azərbaycanın bir sıra şəhərlərində, o cümlədən Həmədan, Əsədabad, Ərakda etirazlar və toqquşmalar ba verib- Video

GADTB: Sosial şəbəkələrdə yayılan görüntü və məlumatlara əsasən, axşam saatlarında – 10 dey 1404-cü il tarixində – Cənubi Azərbaycanın bir sıra şəhərlərində, o cümlədən Əsədabad, Həmədan, Ərak, Dorud, Nəhavənd və digər bölgələrdə etiraz aksiyaları davam edib. Əsədabad və Həmədan şəhərlərində etirazçılarla molla rejimin qüvvələri arasında toqquşmalar baş verib.

Məlumatlara görə, aksiyalar zamanı birbaşa və üzbəüz qarşıdurmalar müşahidə olunub. Xəbərin hazırlandığı vaxta qədər saxlanılanların sayı barədə dəqiq məlumat açıqlanmayıb, həmçinin mümkün xəsarət alanların vəziyyəti rəsmi qurumlar tərəfindən nə təsdiqlənib, nə də təkzib edilib.

Bildirilir ki, Əsədabadda molla rejimin qüvvələri etirazçıları dağıtmaq üçün birbaşa atəşdən və gözyaşardıcı qazdan istifadə ediblər. Ölən və ya yaralananların sayı ilə bağlı hələlik dəqiq məlumat yoxdur.

Həmədan şəhərində etirazçılar İran İslam Respublikasının bayrağını endiriblər. Bu addım şəhərdə hakimiyyətə və repressiya simvollarına qarşı etirazın bir hissəsi kimi qiymətləndirilir.

Yayılan məlumatlara əsasən, Həmədan vilayətinin Əsədabad şəhərindən olan türk fəal Həmzə İmani 10 dey 1404-cü il tarixində axşam saatlarında etirazlar zamanı hökumət qüvvələri tərəfindən saxlanılıb. Onun harada saxlanıldığı və vəziyyəti barədə hələlik məlumat yoxdur.

Həmədanda gənclərin molla rejimin qüvvələrinə məxsus su şırnaqlı maşınların qarşısında dayanaraq müqavimət göstərdiyi bildirilir. Şəhərdə gərgin vəziyyətin davam etdiyi qeyd olunur.

Ərak şəhərində də etirazçılar küçələrə çıxaraq hakimiyyət əleyhinə “Diktatora ölüm” şüarları səsləndiriblər. Molla rejimin qüvvələri aksiyanı dağıtmaq üçün su şırnaqlı avtomobillərdən istifadə etsə də, etirazçıların müqavimət göstərdiyi bildirilir. Məlumatlara görə, çoxsaylı Ərak sakini küçələrdə toplaşaraq xüsusi təyinatlı qüvvələrə doğru irəliləyib.

Luristan vilayətinin türk və azərbaycanlıların yaşadığı şəhərlərindən olan Dorudda da etiraz aksiyaları davam edib. Bildirilir ki, Dorud rayonunda etirazçılar valilik binasını mühasirəyə alıblar.

https://t.me/GADTB1/47541

Həmçinin yoxlayın

BMT Baş katibi: Hörmüz və Babülməndab boğazlarında gəmiçilik azadlığı tam təmin edilməlidir

GADTB: Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Quttereş sentyabrın 16-da, BMT Baş Assambleyasının başlamasından əvvəl …

Rusiya İrana ABŞ obyektlərini vurmaq üçün kəşfiyyat məlumatları verib

GADTB: CNN iki amerikalı rəsmiyə istinadən yazıb ki, Rusiya İranın ABŞ-a məxsus obyektlərinə zərbələr endirməsi …