Bazar ertəsi , Yanvar 24 2022
azfa

Çavuşoğlu Qırğızıstana Azərbaycan yolu ilə nəqliyyat dəhlizi yaradılmasını təklif etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Qırğızıstana Azərbaycan yolu ilə nəqliyyat dəhlizi yaradılmasını təklif etdi.

Çavuşoğlunun Qırğızıstana səfərinin yekunları ilə bağlı mətbuat konfransı keçirilib. Jurnalistlərin suallarına Mövlud Çavuşoğlu və qırğız həmkarı Ruslan Kazakbayev cavab verib.

Hər iki nazir səfərin əhəmiyyəti haqqında söz açıb, səmərəli danışıqlar aparıldığını bildiriblər.

Ruslan Kazakbayev deyib ki, danışıqlarda ölkələr arasında ticari-iqtisadi sahədə əməkdaşlığın dərinləşdirilməsinə xüsusi diqqət yetirilib. Türkiyə tərəfi Qırğızıstan-Türkiyə İnvestisiya Fondunun yaradılması təklifini irəli sürüb. Qırğızıstan, Rusiya və Macarıstan arasında artıq belə bir fond yaradılıb və uğurla fəaliyyət göstərir. Biz Türkiyə ilə əmtəə mübadiləsini 1 milyard dollara çatdırmağı qərara almışıq.

Mövlud Çavuşoğlu qeyd edib ki, ticarət, nəqliyyat və loqistika sahələrində maneələr aradan qaldırılmalıdır. Qırğızıstanda və Türkiyədə logistik mərkəzlər qurulmalı, Qırğızıstandan Azərbaycana nəqliyyat dəhliz yaradılmalıdır. Sonra isə Qırğızıstandan mallar Azərbaycan vasitəsi ilə rahat şəkildə Gürcüstan, Türkiyə və Avropaya göndərilə bilər. Türkiyənin xarici işlər naziri təklif edib ki, bu tip layihələri reallaşdırmaq lazımdır.

Həmçinin yoxlayın

Cənubi Koreya İranın BMT-yə olan borcunu ödayib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Koreya Respublikası hökuməti İranın BMT-yə olan borcunu ödəyib. …

Türkiyənin elmi qrupu Cənub Qütbünə səfərə yola düşdü

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyənin “Ağ qitə”yə təşkil etdiyi VII Milli Antarktika …