Şənbə , Oktyabr 24 2026
azfa

Rejimin Ali Məsləhət Şurası “Palermo”ya qoşulmağa dair qərarı təxirə saldı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, rejimin Ali Məsləhət Şurası Transmilli Mütəşəkkil Cinayətkarlıqla Mübarizə üzrə Konvensiyaya qoşulması ilə bağlı qərarı təxirə salıb.

Layihənin bu gün Ali Məsləhət Şurasının toplantısında səsverməyə qoyulacağı gözlənsə də, “layihənin lehinə və əleyhinə olanların sayı çox olduğundan”, aparılan müzakirələr nəticəsiz qalıb. Bu səbəbdən səsvermə Şuranın gələn iclasına qədər təxirə salınıb.

Amerika Birləşmiş Ştatları və bəzi Qərb dövlətləri tərəfindən terrorizmi himayə etməkdə günahlandırılan İran Çirkli Pulların Yuyulması və Terrorçuluğun Maliyyələşdirilməsinə Qarşı Tədbirlərin Qiymətləndirilməsi üzrə Maliyyə Qrupunun qara siyahısından çıxmaq üçün bir sıra addımlar atmalı və nəzərdə tutulan layihələri qəbul etməlidir. Həsən Ruhani hökuməti bu layihələrin qəbul edilməsini istəsə də, ölkə daxilində bir çox rəsmilər buna qarşıdır.

Qeyd edək ki, irqçi fars rejim dünyada terroru və mütəşəkkil cinayətkarlığı dəstəklədiyi üçün bu konvensiyalara qoşulmaq istəmir.

 

 

Həmçinin yoxlayın

Mai Sato müharibənin İranda repressiyaları daha da gücləndirdiyini deyir

GADTB: BMT-nin İran üzrə xüsusi məruzəçisi Mai Sato sosial media hesabında bildirib ki, müharibə İranda …

Molla rejimindən Traxtura qarşı ayrı-seçkilik: Dubaya uçuşa görə 30 milyard tümən tələb olunur

GADTB: Traxtur klubunun idarə heyətinin üzvü Əli Mahmudzadə bildirib ki, komandanın dövlət təyyarəsi ilə Dubaya …

Bir cavab yazın