Cümə , Oktyabr 30 2026
azfa

CENTCOM: Hörmüz boğazının müxtəlif nöqtələrində İranın 10 hərbi hədəfinə hava zərbələri endirdik

GADTB: ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) X sosial şəbəkəsində paylaşdığı videoda bildirib ki, ABŞ Hərbi Dəniz Qüvvələri və Hərbi Hava Qüvvələrinin döyüş təyyarələri bazar günü səhər tezdən İranın “M/T Kiku” adlı neft tankerinə pilotsuz uçuş aparatı ilə hücumuna cavab olaraq, Hörmüz boğazının müxtəlif nöqtələrində və ətraf bölgələrdə yerləşən 10 İran hərbi hədəfini hava zərbələri ilə vurub.

CENTCOM-un açıqlamasına görə, ABŞ-ın əvvəlki zərbələrindən sonra İrana atəşkəsə əməl etmək üçün imkan verilib. Lakin İran, iki milyondan çox barel xam neft daşıyan, Panama bayrağı altında üzən “M/T Kiku” tankerinə pilotsuz uçuş aparatı ilə hücum etməklə gərginliyi artırmağı seçib.

CENTCOM əlavə edib ki, ABŞ Prezidenti və Silahlı Qüvvələrin Ali Baş Komandanının göstərişi ilə həyata keçirilən son əməliyyat zamanı İranın aşağıdakı hərbi obyektləri hədəfə alınıb:

Hərbi müşahidə və nəzarət infrastrukturu;

Rabitə sistemləri;

Hava hücumundan müdafiə sistemləri;

Pilotsuz uçuş aparatlarının saxlanıldığı obyektlər;

Dəniz minalarının yerləşdirilməsi imkanları.

Açıqlamada həmçinin vurğulanıb ki, Hörmüz boğazından kommersiya gəmilərinin keçidi davam edir və ABŞ qüvvələri bölgədə yüksək hazırlıq vəziyyətindədir, istənilən təhdidə cavab verməyə hazırdır.

Həmçinin yoxlayın

Qərb kəşfiyyatı İrandan gələn terror təhlükəsindən narahatdır

GADTB: Fransanın “Le Monde” qəzeti və Britaniyanın MI5 kəşfiyyat xidmətinin məlumatına görə, İranın Avropadakı casusluq, …

Türkiyədə Türk Dövlətləri Təşkilatı Xarici İşlər Nazirləri Şurasının iclası keçirildi

GADTB: Ankarada 29-30 oktyabr 2026-cı il tarixlərində keçiriləcək 13-cü Türk Dövlətləri Təşkilatı (TDT) Zirvə Görüşü …