Bazar , Avqust 30 2026
azfa

Azərbaycanlı fəal Əli Babayi telefon danışığı və görüş hüququndan məhrum edilib

GADTB: Altı aydır Təbriz Mərkəzi Həbsxanasında həbsdə saxlanılan azərbaycanlı milli fəal Əli Babayinin həyat yoldaşı İlham Cavanşir bildirib ki, həyat yoldaşı artıq 10 gündür hər cür telefon danışığı və ailə ilə görüş hüququndan məhrum edilib.

İlham Cavanşir İnstaqram hesabında paylaşdığı hekayədə yazıb ki, Əli Babayi altı aylıq həbsdən sonra hazırda tam şəkildə telefon danışığı və görüş qadağası ilə üzləşib.

Məlumata görə, Əli Babayi bundan əvvəl də siyasi məhbusları həbsxana əməkdaşlarının rəftarından müdafiə etdiyinə görə döyülmüş və təkadamlıq kameraya köçürülmüşdü.

O, həmçinin siyasi məhbuslarla rəftara etiraz olaraq bir qrup kamera yoldaşı ilə birlikdə aclıq aksiyası keçirmişdi. Hazırda həbsdə saxlanılmaqla yanaşı, ona qarşı “sistem əleyhinə təbliğat aparmaq” ittihamı ilə yeni cinayət işi də açıldığı bildirilir.

Həmçinin yoxlayın

Azərbaycanlı fəal Hüseyn İsmayıli məhkəməyə çağırılıb

GADTB: Azərbaycanlı fəal Hüseyn İsmayıli Təbriz İnqilab Məhkəməsinin 3-cü şöbəsi tərəfindən göndərilən bildirişlə məhkəməyə çağırılıb. …

Güney Azərbaycan Milli Hərəkatının 11 fəalı cəzalarının icrası üçün məhkəməyə çağırılıb; Həmid Yeganəpurun səhhəti narahatlıq doğurur

GADTB: Təbrizdə Cinayət Hökmlərinin İcrası üzrə 11-ci şöbə «Demokratlar» kimi tanınan iş üzrə Cənubi Azərbaycan …