Çərşənbə axşamı , Oktyabr 27 2026
azfa

Ceyhun Bayramov: TRIPP-in icrası ilə bağlı ABŞ Azərbaycanı mütəmadi məlumatlandırır

GADTB: TRIPP layihəsində müxtəlif tərəflər var, əsas danışıqlar isə Ermənistan və ABŞ arasında keçirilir. Bunu xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında deyib.

Nazir bildirib ki, ABŞ-dan olan tərəfdaşlar Azərbaycanı mütəmadi məlumatlandırır: “Bu çox təbiidir. Çünki Azərbaycanın iştirakı olmadan bu layihənin icrası mümkünsüzdür. Bizə verilən məlumat ondan ibarətdir ki, işlər davam etdirilir. Fiziki işlərə 2027-ci ildə başlanacaq. Biz hesab edirik ki, bu layihə nə qədər tez həyata keçirilsə, bir o qədər yaxşıdır. Çünki bunun tək Azərbaycana deyil, Ermənistana və regionun digər dövlətlərinə də faydası var”.

Nazirin sözlərinə görə, Azərbaycan öz üzərinə düşən işləri, o cümlədən Ermənistan sərhədi istiqamətində dəmir yolu və avtomobil yolları üzrə işləri davam etdirir.

Həmçinin yoxlayın

Məkkə sazişi ölkəkəri Tehrana səfər edib

GADTB: Pakistanın təklifi və İranın təşkilatçılığı ilə Tehranda İran, Pakistan, Türkiyə və Səudiyyə Ərəbistanı arasında …

BMT müharibənin İranda repressiyaları gücləndirdiyini bildirir

GADTB: BMT-nin İranda insan hüquqları üzrə xüsusi məruzəçisi Mai Sato deyib ki, müharibədən sonra İranda …