Bazar ertəsi , Noyabr 16 2026
azfa

“Koroğlu” bu dəfə Tehranda səhnəyə çıxacaq

GADTB: Yaqub Səddiq-Cəmali yeni paylaşımında “Koroğlu” tamaşasının Tehranda nümayiş etdiriləcəyini açıqlayıb. O, paylaşımında yazıb: “Təbrizdə teatr tamaşaçıları rekorduna imza atan tamaşa ölkənin ən böyük türk şəhərinin – Tehranın qonağıdır.”

Təbrizdə misli görünməmiş tamaşaçı marağı ilə qarşılanan və Azərbaycan teatrında tamaşaçı rekordu qeydə alan “Koroğlu” tamaşası bu dəfə Tehranda öz tamaşaçıları ilə görüşməyə hazırlaşır.

Qeyd edək ki, Yaqub Səddiq-Cəmalinin rejissorluğu ilə hazırlanan “Koroğlu” tamaşası Təbrizdə uğurlu nümayişlərdən və tamaşa ətrafında yaradılmış müəyyən məhdudiyyət və mübahisələrdən sonra geniş tamaşaçı rəğbəti qazanıb. Tamaşa Azərbaycan teatrı tarixində ən çox tamaşaçı cəlb edən səhnə əsərlərindən biri kimi rekord müəyyənləşdirib.

Azərbaycanın və Türk dünyasının ən məşhur qəhrəmanlıq və folklor dastanlarından birinin motivləri əsasında hazırlanan tamaşa nümayişləri boyunca geniş xalq marağı ilə qarşılaşıb. Bu maraq tamaşaçıların sözügedən əsərə böyük rəğbətini, eləcə də milli mədəniyyət və yerli ədəbiyyat üzərində qurulan teatr əsərlərinin yüksək potensiala malik olduğunu göstərir.

Həmçinin yoxlayın

Təbrizdəki Almaniya konsulluğunun binası fiziki zədələrə məruz qalıb və baxımsız vəziyyətdədir

GADTB: Təbrizin tarixi Barnava məhəlləsində vaxtilə Almaniya konsulluğunun fəaliyyət göstərdiyi bir malikanə yerləşir. Bu bina …

İraq hökuməti Haşdi-Şabinin silah və bazalarını yoxlayır

GADTB: İraqın baş nazirinin göstərişi ilə bu ölkənin Kəşfiyyat Xidməti Bağdad ətrafında Haşdi-Şabiyə məxsus qərargah …