Bazar , Oktyabr 18 2026
azfa

Ceyhun Bayramov Türkiyəyə səfərə gedir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov sabah Türkiyəyə səfər edəcək.

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türkiyəyə birgünlük səfəri çərçivəsində türkiyəli həmkarı Hakan Fidanla görüşü zamanı Bakı ilə İrəvan arasında sülh prosesini müzakirə edəcək.

Bu barədə Türkiyə mətbuatı diplomatik mənbələrə istinadən məlumat yayıb.

Nazirlər ikitərəfli münasibətləri və regional məsələləri, Azərbaycan və Ermənistan arasında sülh prosesini, həmçinin Ankara ilə İrəvan arasında münasibətlərin normallaşdırılmasını müzakirə edəcəklər.

“Bundan başqa, İsrail və Fələstin də daxil olmaqla yaxın bölgələrdə cərəyan edən hadisələr də müzakirə olunacaq”, – məlumatda bildirilib.

Həmçinin yoxlayın

Rusiya və Çin İrana yardım etməklə ABŞ-ın müharibədə xərclərini artırmağa çalışıblar

GADTB: İran və ABŞ arasında müharibə artıq yalnız iki köhnə düşmənin qarşıdurması deyil. Raket hücumları …

Türkiyə orduya daha 80 ANKA-3 verəcək

GADTB: Türkiyə mediası məlumat yayıb ki, Türkiyə Silahlı Qüvvələri arsenalına daxil etmək üçün 80 ədəd …