GADTB-nin Mətbuat Mərkəzinin əldə etdiyi məlumata görə, Güney Azərbaycanın Qoşaçay şəhərində çillə ərəfəsində həbsdə olan azərbaycanlı milli fəalların şəkli ilə bəzədilmiş şirniyyat paylanılıb.
Azərbaycanlı fəallar Güney Azərbaycanın siyasi və milli məhbuslarının hüquqlarını müdafiə etmək məqsədilə bu addımı atıblar.
Bu iş həm də azərbaycanlı ailələri çillə gecəsi ərəfəsində təbrik etməklə azərbaycanlı siyasi məhbusları yad etmək xarakteri daşımaqdadır.