Çərşənbə axşamı , Oktyabr 13 2026
azfa

Çin ABŞ ilə potensial münaqişədə Tehranı dəstəklədiyini deyir

GADTB: Çinin Xarici İşlər Nazirliyinin sözçüsü Mao Ninq Çinin İran hökuməti və xalqını milli sabitliyin, eləcə də onların qanuni hüquq və mənafelərinin təmin edilməsində dəstəklədiyini bildirib.

 Bəyanat, bir jurnalistin ABŞ-nin hərbi əməliyyatı halında Çinin Rusiyaya qoşulub-qoşulmayacağı ilə bağlı sualına cavab olaraq verilib.

Diplomat mətbuat konfransında deyib: “Ümid edirik ki, bütün tərəflər sülhə dəyər verəcək, təmkin nümayiş etdirəcək və fikir ayrılıqlarını dialoq yolu ilə həll edəcəklər. Çin bu məsələdə məsuliyyətli böyük bir güc kimi öz rolunu oynamağa davam etməyə hazırdır”.

Həmçinin yoxlayın

Tramp İran İslam Respublikasının batırılmış 159 gəmisinin şəklini paylaşaraq özünü əvvəlki abş prezidentlərindən fərqli təqdim edib

GADTB: ABŞ Prezidenti Donald Tramp “Truth Social” sosial şəbəkəsində kinayəli bir şəkil paylaşaraq İran İslam …

 İran mediası Azərbaycan haqqında saxta xəbərlər yayır

GADTB: İran Dövlət Radio və Televiziya Şirkətinin (IRIB) tərkibinə daxil olan azərbaycandilli “Səhər Azəri” kanalında …