Şənbə , Aprel 18 2026
azfa

Çin bəşəriyyəti ölümlə üz-üzə qoymaqla koronavirusdan qazanc mənbəyi kimi istifadə edir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Çin kommunist dövləti bəşəriyyəti ölümlə üz-üzə qoymaqla koronavirusdan qazanc mənbəyi kimi istifadə edir.

Mart ayından bəri koronavirusu dünyaya yayan Çin ölkə xaricinə 18,9 milyard dollarlıq tibbi ləvazimatlar satıb.

Bu ləvazimatlar arasında 50,9 milyard maska, 216 milyon qoruyucu geyim, 162 milyon test, 72 min 700 ədəd tənəffüs aparatı var.

Belə ki, Çinin əsas alıcıları ABŞ, İtaliya, Almaniya, Fransa və Yaponiya olub.

Digər tərəfdən, çinlilərin Almaniyaya satdığı maskaların 1/5-nin saxta olduğu müəyyən edilib. Almaniyanın Səhiyyə Nazirliyi qoruyucu maskaların standartdan kənar olduğunu açıqlayıb.

Türkiyə, Böyük Britaniya, Niderland, Avstraliya kimi ölkələrin də Çindən aldığı müəyyən tibbi ləvazimatların qeyri-standart olduğu bildirilmişdi.

Həmçinin yoxlayın

İran-ABŞ danışıqları bazar ertəsi günü keçiriləcək

GADTB: CNN telekanalı İran mənbələrinə istinadən verdiyi məlumata görə, Tehran və Vaşinqton arasında danışıqların növbəti …

Molla rejimin həbs etdiyi türkmən gənc Sağər Qulami girov qarşılığında müvəqqəti azadlığa buraxılıb

GADTB: İran Məhkəmə Hakimiyyətinin Media Mərkəzi 19 yaşlı gənc türkmən xanım ötən ilin dey ayında …

Bir cavab yazın