Cümə axşamı , Mart 28 2024
azfa

Çin Şərqi Türküstanda iki uyğur türkünə ölüm hökmü çıxarıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Çin Şərqi Türküstanda iki keçmiş hökumət rəsmisi uyğur türkünü separatçılıqda ittiham edərək edam cəzasına məhkum edib.

Sincan (Şərqi Türküstan) Ali Xalq məhkəməsi sədrinin müavini Van Lanqtao çərşənbə axşamı jurnalistlərə Səttar Savut və Şirzat Bavudun hökmünün icrasına iki illik möhlət verildiyini bildirib. Bu kimi cəzalar adətən ömürlük həbs cəzası ilə əvəz olunur.

Keçmiş təhsil rəsmisi Səttar Savut etnik separatizm zəminində zorakılıq, terrorizm və dini ekstremizmin uyğur türkcəsində məktəb dərsliklərinə salınmasında günahlandırılıb.

Şərqi Türküstan ədliyyə idarəsinin keçmiş başçısı Şirzat Bavudun Birləşmiş Millətlər Təşkilatı tərəfindən terror qrupu siyahısına salınan Şərqi Türküstan İslamçı Hərəkatının üzvləri ilə işbirliyi qurmaqda və həmçinin “qızının toyunda qanunsuz dini fəaliyyətlər həyata keçirməkdə” günahkar bilinib.

Pekin Şərqi Türküstanda geniş təhlükəsizlik kampaniyası başladıb ki, bu da Şərqi Türküstanda uyğur, qazax və digər müsəlman qruplarının bir milyondan çox üzvünün saxlanılmasına səbəb olub. Bayden administrasiyası müttəfiqləri ilə Çinin Sincanda müsəlman uyğurlar və digər etnik azlıq qruplara qarşı rəftarı və Hong Kongda demokratiya naminə hərəkatın iştirakçılarına qarşı təqiblərlə əlaqədar olaraq Pekində 2022-ci ildə keçiriləcək Qış Olimpiya Oyunlarının mümkün boykot edilməsi ilə bağlı danışıqlar aparıdığını bildirib. Çin hökuməti çərşənbə günü Qış Olimpiya Oyunlarını boykot etməməsi barədə Vaşinqtona xəbərdarlıq edib.

Həmçinin yoxlayın

Təbrizin tarixi bazarında restoran və kafelər bağlandı

 GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, son bir neçə gündə Təbrizin tarixi bazarında fəaliyyət …

Qərbi Azərbaycan İcması İrəvanı Fransanın oyunlarına getməməyə səslədi

GADTB: Qərbi Azərbaycan İcması Ermənistan hökumətini və ictimaiyyətini tarixdən dərs çıxararaq, Fransanın oyunlarına getməməyə çağırıb. …