Güney Azərbaycanın Vərziğan şəhərindəki Xankəndi (Məzrəe Şadi) qızıl mədənində çinli podratçı çox sayda azərbaycanlı işçinin mədəndə işləməsinə mane olub.
Bu həftənin əvvəlindən Çinli işəgötürən və podratçı Xankəndi (Məzrəe Şadi) qızıl mədəninin fəaliyyətini müvəqqəti olaraq dayandıraraq, bu bölmədə çalışan işçilərin içəri daxil olmasına mane olub.
Çinli podratçının bu hərəkəti müqaviləli işçilər arasında narahatlıq yaradıb və bu işçilərin ixtisar olunma ehtimalı var.
İşçilərin hamısı mədənətrafı kəndlərdəndir və onlar həm mədənin faydalarından məhrum olublar, həm də onların gəlir mənbəyi olan əkinçilik, heyvandarlıq və arıçılıq mədənçilik fəaliyyətindən xeyli zərər görüb.
Qeyd edək ki, Varzeğandakı Xankəndi (Məzrəe Şadi) qızıl mədəninin illərdir Çin investisiya şirkəti tərəfindən istismar edilir, ancaq bu şirkətin hasil etdiyi qızılın miqdarının hələ müəyyən edilmədiyi vurğulayıb.
Xankəndi Qızıl Mədəni (Məzrəe Şadi) 2014-cü ildən bəri Çin şirkəti və İran rəsmiləri tərəfindən talan edilmiş Azərbaycanın Vərzağan şəhərində fəaliyyət göstərən on iki mədəndən biridir. Bu mədən adı dəfələrlə qanun pozuntuları, iqtisadi korrupsiya və ətraf mühitin məhv edilməsi ilə hallanıb.