GADTB: CCN xəbər kanalı Həmas yaraqlılarının silah təchizatı ilə bağlı hesabatında müxtəlif mənbələrə və ekspertlərə istinadən yazıb:
“Həmas yaraqlıları İran hökuməti tərəfindən silahlandırılıb və Sepah son 20 ildə bu qüvvələrə hərbi təlim keçib”.
“Ekspertlərin şərhinə görə, İran gizli sərhəd tunelləri və ya sürətli qayıqlar vasitəsilə bu bölgəyə qaçaqmalçılıq yolu ilə silah aparır”, – deyə, xəbər kanalı qeyd edib. /Azad İran