GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, daxildən çökməkdə olan irqçi fars rejiminin başçısı Ruhani rejimi ayaqda saxlamaq üçün Avropaya çağırış edib.
Müraciətdə Ruhani İran adlanan ölkə ilə nüvə sazişinin saxlanması üçün mümkün olan hər şeyi etməyə çağırıb.
“Biz və Avropa Birliyi nüvə sazişini saxlamaq üçün hər şey etməliyik”,-deyə o bildirib.
Xatırladaq ki, ABŞ sözügedən sazişdən çıxıb və o andan sonra rejim ciddi maliyyə və s. problemlərdə boğulmaqdadır. Rejim Avropanın dəstəyini almaqla öz çöküşünü gecikdirməyə çalışır.