GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, çökməkdə olan irqçi və işğalçı fars rejimi Qərbə özünü göstərmək məqsədilə körfəzdə təlimə hazırlaşır. Təlimdə rejimin İslam İnqilabı Keşikçilər Korpusu (SEPAH) və ordu genişmiqyaslı qüvvə ilə çıxış edəcək.
Bu barədə informasiyanı CNN televiziyası yayıb.
Televiziya təlimin yaxın 48 saat ərzində körfəz akvatoriyasında keçiriləcəyini bildirib. Təlimdə SEPAH-ın 100 gəmi və kateri, hərbi hava qüvvələri və sahil raket batareyalarının iştirakı nəzərdə tutulub. Rəsmi Tehran təlimə SEPAH-la bərabər ordunu da cəlb etməyi planlaşdırır.