Bazar ertəsi , Aprel 27 2026
azfa

Azərbaycanlı fəal Məhəmmədhadi Abbaszadə Xoyda rejimin Polis İdarəsinə çağrıldı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, azərbaycanlı milli-mədəni fəal Məhəmmədhadi Abbaszadə Güney Azərbaycanın Xoy Şəhərində irqçi və işğalçı fars rejimin Polis İdarəsinin təhlükəsizlik hissəsinə çağrıldı.

Məlumata görə, fəalın Polis İdarəsinə çağırışı ilə bağı vərəqə avqust ayının 1-də fəalın ailəsinə çatdırılıb. Fəal həmin çağırışla avqust ayının 2-də rejimin Xoy şəhərində Polis İdarəsinə müraciət etməlidir.

Məmurlar bildiriblər ki, Məhəmmədhadi Abbaszadə təyin olunan vaxtda idarəyə müraciət etməsə, bunun qarşılığı çox ağır olacaq.

İrqçi fars rejimin təhlükəsizlik qüvvələri ötən günlərdə Məhəmmədhadi Abbaszadə ilə bir neçə dəfə telefon əlaqəsi saxlayaraq, onu idarəyə çağırıblar. Lakin azərbaycanlı fəal qanunsuz çağırışa məhəl qoymayaraq, idarəyə müraciət etməkdən imtina edib. Bundan sonra fəalın evinə çağırış vərəqəsi göndərilib.

Qeyd edək ki, Məhəmmədhadi Abbaszadə 2016-cı ilin avqust ayı zamanı keçirilən etirazlarında yaxalanaraq, mühakimə edilmişdir.

Həmçinin yoxlayın

Müctəba Xameneinin ölməsi ehtimal edilir

GADTB: Son saatlarda sosial mediada İranın yüksək rütbəli rəsmilərinin həlak olduğunu göstərən görüntülərin yayılması geniş …

Sayın Mikayil bəy Oyta və sayın Sara xanım Azərsun Sidneydə 23 April Uşaklar Günü tədbirində- Video

GADTB: 23 Aprel Uşaqlar Günü münasibətilə Avstraliyanın Sidney şəhərində Türk Öz Təşkilatı tərəfindən tədbir təşkil …

Bir cavab yazın