Cümə , Yanvar 15 2021
azfa

Çox sayda erməni texnikası məhv edilib, erməni hərbçiləri əsir götürüldü

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Azərbaycan HHQ-si düşmənin hərbi texnikası və infrastrukturunu məhv edib.

Azərbaycan Müdafiə Nazirliyinin məlumatında bu barəıdə deyilir ki, oktyabrın 24-də saat 13:00-dan 15:00-dək Azərbaycan Hərbi Hava Qüvvələrinin (HHQ) döyüş aviasiyası cəbhənin Ağdərə və Ağdam istiqamətlərində Ermənistan silahlı qüvvələrinin 3 tankı, 2 sığınacağı və bölüyün 4 dayaq məntəqəsini dəqiq aviasiya zərbələri ilə məhv edib.

Azərbaycan HHQ-si düşmənin hərbi infrastrukturuna hava zərbələri endirməyə davam edir.

Oktyabrın 24-də günorta saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Sünik-Zəngilan yolu istiqamətindən bölmələrimizə hücum etməyə cəhd edib.

Qeyd olunub ki, bölmələrimizin sərt müqaviməti ilə rastlaşan düşmən geri çəkilməyə məcbur edilib. Düşmən qüvvələrindən əsir götürülənlər var.

Həmçinin yoxlayın

GADTB-nin İran rejiminin həbs və represiyalarına məruz qalan fəalları himayə zərurəti barədə bildirişi

GADTB: İranın şovinist və irticaçı molla rejimi Azərbaycanın güneyində- Təbriz, Ərdəbil, Urmiya, Zəncan, Qəzvin, Kərəc …

İran rejimi azərbaycanlı fəallar Mirmusa Ziya Gərgəri və Muxtar İbrahimini mühakimə edir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin Marağadakı müstəntiqi Əmir Qəffarinin rəhbərliyi …

Bir cavab yazın