Şənbə , İyul 18 2026
azfa

Çox sayda ölkə İranda azadlıqların pozulmasını pisləyib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Almaniyanın Birləşmiş Millətlər Təşkilatının İnsan Haqları Şurasındakı nümayəndəsi 47 ölkənin İranda azadlıqların pozulmasını qınayan və “insan haqları fəallarının cəsarətini” dəstəkləyən birgə açıqlamasını oxuyub.

Bu açıqlamada, İranda insan və söz azadlıqlarının pozulması, xüsusilə ölüm hökmünün geniş icrası, habelə tutuqlananlara işgəncə və pis rəftarla bağlı mötəbər məlumatların olması, ədalətli mühakimə imkanlarının olmaması tənqid edilib.

Açıqlamanı imzalayan dövlətlər hesab edirlər ki, İran höküməti “dinc etirazçılara qarşı qeyri-mütənasib güc işlətmək”lə bağlı müstəqil və şəffaf araşdırmaya şərait yaratmalı, qanunu pozanlar öz əməllərinə görə cavab verməlidirlər.

Qeyd edək ki, İran illərdir Birləşmiş Millətlər Təşkilatının xüsusi jurnalistlərin insan haqlarının pozulması hallarını araşdırmağa icazə vermir.

İranın Birləşmiş Millətlər Təşkilatının İnsan Haqları Şurasındakı nümayəndəsi isə səslənən tənqidləri rədd edib.

Həmçinin yoxlayın

GADTB başqanı sayın Əjdər bəy Tağızadənin “Reaksiya TV”-də çıxışı- Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) başqanı sayın …

İranda dolların məzənnəsi 191 min tümənə yüksəlib

GADTB: İran ilə ABŞ arasında Yaxın Şərqdə davam edən yeni hərbi qarşıdurma fonunda, cümə günü, …

Bir cavab yazın