Şənbə , Oktyabr 31 2026
azfa

SENTCOM: Hörmüz boğazında gəmiçilik marşrutları İranın dəniz minalarından təmizlənib

GADTB: ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) komandanı Bred Kuper deyib ki, “Hörmüz boğazında beynəlxalq gəmiçiliyin əsas marşrutları İran İslam Respublikası tərəfindən yerləşdirilmiş dəniz minalarından təmizlənib və ticarət gəmiləri bu su yolundan sərbəst şəkildə keçirlər”.

Kuper CENTCOM-un “X” sosial şəbəkəsindəki rəsmi hesabında yayımlanan videoda bildirib ki, bu həftənin əvvəlində Hörmüz boğazı üzərində uçuş həyata keçirib və “bu ərazidən keçən onlarla ticarət gəmisini müşahidə edib”.

O əlavə edib: “Amma görmədiyim bir şey SEPAH-ın mövcudluğu idi. Onlardan orada heç bir əsər-əlamət yox idi”.

CENTCOM komandanı həmçinin deyib ki, İran İslam Respublikasının hərbi-dəniz qüvvələri “tamamilə dənizin dibindədir”.

Bu açıqlamalar İran İslam Respublikasının dəfələrlə Hörmüz boğazına nəzarəti hələ də əlində saxladığını iddia etdiyi bir vaxtda səsləndirilib.

SEPAH daha əvvəl bu su yolunun cənub hissəsindən keçməyə çalışan iki neft tankerini saxladığını açıqlamışdı.

Həmçinin yoxlayın

Deni Danondan molla rejiminə: “Ayaqlarınızın altındakı torpaq qaynayır; İranda xalq tezliklə öz taleyini müəyyən edəcək”- Video

GADTB: İsrailin Birləşmiş Millətlər Təşkilatındakı səfiri Deni Danon cümə günü, 30 oktyabr 2026-cı ildə İran …

Təbrizdə Kuruşla bağlı etiraz şüarlar: “İran Futbol Federasiyası -Azərbaycan düşməni” – Video

GADTB: Təbrizin Purşərifi idman sarayında Süngünün Mis və İsfahanın “Giti Pəsənd” komandaları arasında futzal matçı …