Diktatorların himayədarı Rusiyada diktaturaya qarşı kütləvi etirazlar

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Rusiyada müxalif blogger Aleksey Navalnının tərəfdarlarının etiraz aksiyası başlayıb.

“Seçicilərin tətili” adlanan aksiyalarda əsas hədəf seçiciləri martda keçiriləcək prezident seçkisinə getməməyə səsləməkdir. Aksiyalar demək olar ki, bütün ölkə ərazisində keçirilib. Artıq Uzaq Şərqdəki etirazlar başa çatıb. Burada şiddətli şaxtalara rəğmən aksiyalar baş tutub.

Əksər şəhərlərdə aksiyalara yerli administrasiyalar tərəfindən izn verilməyib. Samara, Kemerova, Cənubi Saxalin kimi şəhərlərdə Navalnı tərəfdarları həbs edilib.

İlkin məlumatlara görə, həbs olunanların sayı 19 nəfəri keçib. Ən çox həbs Kemerova şəhərində qeydə alınıb. Burada Navalnının yerli qərargahının koordinatoru Kseniya Paxomova da daxil olmaqla, 15 nəfər saxlanılıb. Bundan başqa, İrkutsk şəhərində bir, Samarada isə minimum 3 nəfərin saxlanıldığı bildirilib. Çelyabinskdə isə polis mitinqə yaşı 18-dən az olanları buraxmaqdan imtina edib.

Navalnı tərəfdarlarının Moskva və Sankt-Peterburqda da aksiyaları planlaşdırılır. Bu aksiyaların heç biri şəhər rəhbərlikləri ilə razılaşdırılmayıb.

Navalnının tərəfdarlarının saxlanılması davam edir. Artıq ölkənin müxtəlif yerlərində keçirilən mitinqlərdə saxlanılanlar barədə ilkin məlumatlar paylaşılıb. Onların sayının 40-dan çox olduğu bildirilib.

Polis həmçinin aksiyaların start götürmədiyi Sankt-Peterburq şəhərində də əməliyyata başlayıb. Nəticədə “Vesna” hərəkatının bir neçə nümayəndəsi saxlanılıb.

Etiraz aksiyalarının ümumilikdə 112 şəhərdə keçirilməsi planlaşdırılıb.

Həmçinin yoxlayın

GADTB başqanı sayın Əjdər bəy Tağızadə və sayın Tofiq Zülfüqarov “Media Türk TV”-də çıxışları- Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycan Demokratik Türk Birliyinin (GADTB) başqanı sayın …

Türk Dövlətləri Təşkilatı İranın Naxçıvana hücumunu pislədi

GADTB: Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömürəliyev İranın Naxçıvan Muxtar Respublikasına həyata keçirdiyi …

Bir cavab yazın