Cümə , Oktyabr 30 2026
azfa

Təbriz həbsxanasında saxlanılan azərbaycanlı siyasi məhbuslara təzyiqlər artır

GADTB: Təbriz həbsxanasında saxlanılan azərbaycanlı fəallar Yaşar Həsənzadə və Abbas Şəfiinin ailə üzvləri son günlərdə təhlükəsizlik orqanları tərəfindən dəfələrlə çağırılaraq hədələniblər. Məlumatlı mənbələrin bildirdiyinə görə, ailələrə təhlükəsizlik qurumları ilə əməkdaşlıq etməyəcəkləri təqdirdə həyatlarının təhlükə altında olacağı bildirilib.

Ailəyə yaxın mənbələrin məlumatına görə, Abbas Şəfiinin həyat yoldaşı təhlükəsizlik qüvvələri tərəfindən təxminən 10 gün saxlanıldıqdan sonra azadlığa buraxılıb.

Bildirilir ki, Yaşar Həsənzadə və Abbas Şəfii iki həftədən artıqdır ki, ailələri ilə telefon əlaqəsi saxlamaq imkanından məhrum ediliblər.

Eyni zamanda, həbsxanada saxlanılan digər azərbaycanlı fəallara qarşı da təzyiqlərin artdığı barədə məlumatlar yayılıb. Bu məlumatlara əsasən, Yürüş Mehrəlibəyli və Əli Babayı da daxil olmaqla bir sıra fəallar son günlərdə təhlükəsizlik orqanları ilə əməkdaşlığa məcbur edilmələri və məcburi etiraflar vermələri üçün təhdid və təzyiqlərlə üzləşiblər.

Həmçinin yoxlayın

GADTB başqanı sayın Əjdər bəy Tağızadənin “Media Türk TV”-də çıxışı- Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycan Demokratik Türk Birliyinin (GADTB) başqanı sayın …

Azərbaycanlı uşağa Kayahan adına görə 94 gündür molla rejimi doğum haqqında şəhadətnamə vermir

GADTB: Təbrizdə rejimin Əhalinin Vəziyyətinin Qeydiyyatı İdarəsi türk mənşəli “Kayahan” adı ilə bağlı bir uşağa …