Çərşənbə , Sentyabr 16 2026
azfa

Edama məhkum edilmiş Təbriz həbsxanasında saxlanılan Ehsan Xudadadinin son vəziyyəti

GADTB: Təbriz həbsxanasında saxlanılan və edam cəzasına məhkum edilmiş siyasi məhbus Ehsan Xudadadinin işi üzrə Ali Məhkəməyə verilmiş kassasiya şikayəti hazırda araşdırılır. O, daha əvvəl Təbriz İnqilab Məhkəməsinin 2-ci şöbəsinin qərarı ilə edam cəzasına məhkum edilib.

Məlumata görə, hazırda Təbriz həbsxanasında saxlanılan Ehsan Xudadadi Təbriz İnqilab Məhkəməsinin 2-ci şöbəsinin hakimi Rza Əbdinin sədrliyi ilə keçirilən məhkəmə tərəfindən “yer üzündə fitnə-fəsad törətmə”, düşmən dövlətlərlə əməkdaşlıq, sistem əleyhinə təbliğat aparmaq və sistem əleyhdarı olan şəbəkələrə məlumat verməklə onlarla əməkdaşlıq etmək ittihamları ilə edam cəzasına məhkum olunub. Hökm cari ilin 27 xordad tarixində ona rəsmi şəkildə təqdim edilib. Hazırda iş kassasiya şikayətindən sonra Ali Məhkəmədə araşdırılır.

Bildirilir ki, Xudadadi əvvəlcə sistem əleyhinə təbliğat ittihamı ilə saxlanılıb. Lakin 12 günlük müharibədən sonra ona qarşı qeyd olunan təhlükəsizlik ittihamları irəli sürülüb.

Məlumatlı mənbə bu xəbəri təsdiqləyərək Hərana agentliyinə bildirib ki, ötən ilin sentyabr ayının əvvəlində Ehsan Xudadadi Təbriz Kəşfiyyat İdarəsinin təcridxanasından Marağa həbsxanasına köçürülüb və bir ay ərzində təkadamlıq kamerada saxlanılıb, ailəsi ilə əlaqə saxlamasına icazə verilməyib. O, təxminən üç ay təhlükəsizlik orqanlarının təzyiqi altında qalıb və saxlanıldığı müddətdə tibbi yardımdan da məhrum edilib. Mənbənin sözlərinə görə, məcburi etiraf almaq məqsədilə tətbiq edilən fiziki işgəncələr nəticəsində onda böyrək infeksiyası və qanaxma, qaraciyər problemləri, eləcə də dişlərinin boşalması müşahidə olunub.

Bu siyasi məhbus 15 aprel 2026-cı il tarixində Marağa həbsxanasından Təbriz həbsxanasına köçürülüb.

Ehsan Xudadadi iyun 2025-ci il tarixində Mələkan şəhərində təhlükəsizlik qüvvələri tərəfindən saxlanılaraq dindirilmək üçün Təbriz Kəşfiyyat İdarəsinin təcridxanasına aparılıb. Ailəsi onun saxlanıldığı yerdən təxminən üç ay ərzində xəbərsiz qalıb.

Qeyd edək ki, Ehsan Xudadadi Yüzbaşıkənd sakini, 1994-cü il təvəllüdlü və ailəlidir.

Həmçinin yoxlayın

Amnesty International: İran İslam Respublikası rejimi etirazları yatırmaq üçün insanlıq əleyhinə cinayətlər törədib

GADTB: Amnesty International-ın İran üzrə “X” sosial şəbəkə hesabı bildirib ki, təşkilatın yeni hesabatı İran …

İranın Türkiyə və Gürcüstandan uçuşlarına məhdudiyyət tətbiq edilir

GADTB: İranın aviasiya sənayesinə qarşı beynəlxalq məhdudiyyətlərin davam etdiyi bir vaxtda, Mahan Hava Yolları şirkətinin …