Çərşənbə , Oktyabr 14 2026
azfa

Ekvador SEPAH-ı terror təşkilatı elan etdi

GADTB: Ekvador hökuməti SEPAH, HƏMAS və Hizbullahı rəsmi olaraq terror təşkilatları kimi tanıyıb.

Bu barədə müvafiq qərar ölkə Prezidenti Daniel Noboa tərəfindən imzalanmış 128 nömrəli sərəncamla qüvvəyə minib.

Sərəncamda bildirilir ki, bu təşkilatlar Ekvadorun suverenliyi, ictimai təhlükəsizliyi və ərazi bütövlüyü üçün ciddi təhdid yaradır.

Qərarın verilməsində Ekvador Milli Kəşfiyyat Mərkəzinin bu qrupların Latın Amerikasında geniş şəkildə mövcudluğu və yerli cinayət şəbəkələri ilə mümkün əlaqələri barədə verdiyi xəbərdarlıq əsas rol oynayıb.

Həmçinin yoxlayın

Netanyahu: İran İslam Respublikasının radikal və fanatik rejiminin imkanlarını tamamilə məhv etmək üçün onun hakimiyyətini devirməliyik

Israel’s Prime Minister Benjamin Netanyahu attends the weekly cabinet meeting in Jerusalem on November 19, …

Azərbaycandan Fransa Xarici İşlər Nazirliyinin başçısının Azərbaycanı hədəf almasına etiraz

GADTB: Fransanın Avropa və xarici işlər naziri Jan-Noel Baronun 13 oktyabr tarixində İqtisadi Əməkdaşlıq və …