Cümə axşamı , Yanvar 28 2021
azfa

Erməni təcavüzübü pislədiyinə görə Rza Seyidnurinin inqilab məhkəməsində mühakimə ediləcək

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Ermənistanın Azərbaycan ərazilərinə hücumunu pislədiyinə görə Rza Seyidnuri mühakimə ediləcək. Lakin Muğanın Cinayət Məhkəməsi bildirib ki, məhkəmə işinə baxmağa səlahiyyəti yoxdur və dosyeni İnqilab Məhkəməsinə göndərib.

Azərbaycanlı milli-mədəni fəal Rza Seyidnuri məhkəmənin elektron sistemi vasitəsi ilə aldığı bildirişlə yanvar ayının 10-da Parsabadda ikinci Cinayət Məhkəməsinin 103-cü şöbəsində olub.

Məhkəmənin hakim azərbaycanlı fəallı mühakimə etmək üçün səlahiyyətinin olmadığını bildirib və Seyidnurinin dosyesini İnqilab Məhkəməsinə göndərilib.

Azərbaycanlı fəal Ermənistanın Azərbaycan ərazilərinə hücumunu pislədiyinə görə İran tərəfindən “Hökumətə əleyhinə təbliğat”, “İslam Respublikasının banisini təhqir etmək” və “Rəhbəri təhqir etmək”də ittiham edilmişdir. Görünür Xamenei rejimi üçün Ermənistanın Azərbaycana hərbi təcavüzünü pisləmək “Hökumətə əleyhinə təbliğat”, “İslam Respublikasının banisini təhqir etmək” və “Rəhbəri təhqir etmək” anlamına gəlir.

Qeyd edək ki, Rza Seyidnuri 2020-ci il oktyabrın 18-də Nurduz gömrüyünün bağlanması və İranın Ermənistana silah və hərbi texnika yardımını dayandırması tələbilə keçirilən mitinqdə ermənipərəst İran rejimi tərəfindən yaxalanıb və bir gün sonra 70 milyon tümənlik vəsiqə qarşılığında zaminə buraxılmışdır.

İranın molla rejimi əsil antiislam və Qriqoryan Respublikası olduğunu sübut etmək, eləcə də müsəlman azərbaycanlıların uşaqlarını qətliam etdirmək üçün işğalçı Ermənistanı silah-sursatla və onların tankları və təyyarələrini yanacaqla təmin edir. Bu isə haqq-ədalət tərəfdarı olan insanların narazılığına səbəb olur.

Həmçinin yoxlayın

Rusiya Federasiyasının süqutu yaxınlaşır

GADTB: SSRİ necə dağıldı?.. 1985-ci ildə Sovet İttifaqı Kommunist Partiysının baş katibi seçilən Mixail Qorbaçov …

Türk ölkəsi Qazaxıstan özünun korona vaksinini istehsal edəcək

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, türk ölkəsi Qazaxıstanın Baş naziri yerli “QazCovid” adlı …